Məhkəmə qərarları › İş №3(010)-1568/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1568/2021

15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1568/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3, X1nın iştirakı ilə xx xxxxxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi 15 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən 12 noyabr 2012-ci ildə verilmiş 12 iyul 2021-ci il tarixli 2(103)- 3658/2012 nömrəli icra vərəqəsinə əsasən 03 aprel 2012-ci il tarixdən borclu Şəxs 13 sentyabr 2003-cü il təvəllüdlü övladı X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 87 manat miqdarında sabit pul məbləğində aliment tutularaq X1na ödənilməlidir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, yuxarıda göstərilən icra sənədi 03 dekabr 2021-ci ildə şöbənin icraatına daxil olmuş, icraata başlanılaraq borcluya müvafiq qərar və bildiriş göndərilmişdir. Borclu 16 dekabr 2012-ci ildə şöbəyə gələrək izahatında daimi iş yeri olmadığını qeyd etmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi əmlaka malik olması halı müəyyən edilməmişdir. İcra məmuru hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, borclu olduğu 7.000 manat miqdarında alimenti bu günədək üzrlü səbəb olmadan ödəməyib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcunu ödəməməsinin səbəbini maddi imkansızlığı ilə izah etmişdir. O cümlədən bildirir ki, ikinci dəfə ailə qurmuş və həmin evliliyindən iki nəfər yetkinlik yaşına çatmamış uşağı var. Arvadı xadimə işləyir. Özü isə səhhətindəki ciddi problemlərlə bağlı işləyə bilmir. Belə ki, sağ gözü demək olar ki, görmür, sol gözü isə çox zəif görür. Həmçinin təxminən səkkiz ay bundan əvvəl ayağı sınmış və hələ də tam sağalmamışdır. Ona görə də alimenti ödəmək iqtidarında deyil. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X1 işin məhkəmə baxışı zamanı icra məmurunun bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Qeyd edir ki, 03 sentyabr 2003-cü il təvəllüdlü uşağı X4 bu il 18 yaşı tamam olub. Özü işləyib uşağını 2012-ci ildən etibarən faktik olaraq təkbaşına saxlayırdı. Belə ki, Şəxs ara-sıra ödədiyi kiçik məbləğlər uşağın saxlanılması üçün yetərli olmayıb. Lakin Şəxs öz maddi vəziyyətinin də çətin olduğunu düşünüb, alimentin miqdarının artırılması üçün məhkəmədə iddia qaldırmırdı, həmçinin sonuncunun alimenti vaxtlıvaxtında ödəməsinə təkid etmirdi. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bunu özü üçün bir fürsət bilmiş və 2017-ci ildən başlayaraq bir manat belə aliment ödəməmişdir. Şəxs səhhətindəki problemlər yaxın vaxtlarda başlayıb. Lakin o, əvvəlki dövrlər üzrə çox kiçik miqdarda, yəni 87 manat məbləğində alimenti belə tam ödəməyib. Aliment borcunun əsas hissəsi də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tam sağlam olduğu vaxtda yaranıb. Hazırda uşağının maddiyyətə bağlı olan xeyli problemləri var. Ona görə də icra məmurundan tələb etmişdir ki, aliment borcunun ödənilməsini təmin etsin. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aliment borcunun hətta bir hissəsini ödəmək istəmir. Hazırda aliment borcunun miqdarı 7.000 manat civarındadır. Göstərilənlərə əsasən Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Borclunu və tələbkarı dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcunu tam ödəməmişdir. Məhkəmə iş üzrə qənaətə gələrkən nəzərə alır ki, aylıq aliment miqdarı 87 manat təşkil etdiyi halda bu gün üçün ümumi aliment borcu 7.000 manat təşkil edir. Bu isə ö deməkdir ki, borclu ümumilikdə yeddi ilə yaxın bir dövrün alimentini ödəməyib. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olması və səhhətindəki problemlər iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar