Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1569/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X3 iştirakı ilə, X3, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 6J1GUSV, subay, Bakı Kommersiya Məhkəməsində böyük mütəxəssis-operator vəzifəsində işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci Məhəllə, 2 nömrəli evin 52 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Xətai rayon X10 Şöbəsinin polis polkovnik leytenantı X2 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon X10 Şöbəsinin yol patrul xidməti inspektoru X4 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Xətai rayon X10 Şöbəsinin polis polkovnik leytenantı X2 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla N.İ.Rüstəmli Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə X3 Bakı şəhəri Xətai rayon X10 Şöbəsinin polis polkovnik leytenantı X1 inzibati xəta haqqında xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayətini müdafiə edərək göstərdi ki, o, Bakı Kommersiya Məhkəməsində böyük mütəxəssis vəzifəsində işləyir və ölkədə “Covid-19" ineksiyasının yoluxması ilə bağlı xüsusi karantin rejimi elan olunduğu vaxtda məhkəmənin sədri vəzifəsini icra edən hakimi tərəfindən ona təqdim olunan xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsi bildirişi barədə arayışla işə gedib-gəlmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat 09:06 radələrində eyni qaydada ictimai nəqliyyat vasitəsi olan avtobusla evdən işə gedərkən yol patrul xidmətinin əməkdaşları yoxlama aparmışlar, məhkəmə tərəfindən ona verilən arayışı və şəxsiyyət vəsiqəsini təqdim etmiş, yol patrul xidməti inspektorları arayışı əsassız sayaraq ondan xidməti vəsiqəsinin olub-olmadığını soruşmuşlar. O, Bakı Kommersiya Məhkəməsinin yeni yaradıldığını, həminki vaxtda sədr təyin olunmadığından xidməti vəsiqələrin verilmədiyini, həmin arayışın sədr vəzifəsini icra edən hakim tərəfindən verildiyini bildirmiş, yol patrul xidməti əməkdaşı şəxsiyyət vəsiqəsinin şəkilini öz mobil telefonu ilə çəkərək arayışla birlikdə ona geri qaytarmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxx 2020 ci il tarixli qərarının 1.1.10-cu maddəsinə əsasən hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşlarına, vəkillərin işə gedib-gəlməyinə yol verilmişdir. Barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə xx xxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolun tərtib edilməsindən və həmin protokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla 100 manat cərimə olunmasından sonradan xəbər tutmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə rəsmi qaydada müraciət edərək cərimə ilə bağlı heç bir məlumatının olmadığını bildirib qərarın ona təqdim olunması xahiş etmiş və sözügedən qərarın surəti ona xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Barəsində tərtib olunmuş protokol qeyri-qanuni olduğundan onun əsasında qəbul olunmuş qərarda qanunsuzdur. Onun hər zaman pandemiya dövründə hərəkət etməyinə icazəsi olmuşdur. Polis əməkdaşı isə onun icazəsinin olub-olmamasını tam və hər tərəfli araşdırmamış, barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə qanunsuz protokol tərtib etmişdir. İstər barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, istərsə də həmin protokol əsasında barəsində qərar qəbul edilərkən onun iştirakı təmin olunmamışdır. Sonda N.İ.Rüstəmli Bakı şəhəri Xətai rayon X10 Şöbəsinin polis polkovnik leytenantı X2 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon X10 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X5 xx xxxxxx 2020-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasında Bakı Kommersiya Məhkəməsində böyük mütəxəssis-operator vəzifəsində işləyir, bildirişin çap edildiyi xx xxxxx 2020-ci il tarixdə əmək müqaviləsi qüvvədə olmuşdur. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 120 saylı qərarının 1-ci bəndinə əsasən, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılması qərara alınmışdır. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli, 124 saylı qərarının 1.1 və 1.1.10-cu bəndlərinə əsasən hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşlarının, vəkillərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir. Bundan başqa, “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli, 144 saylı qərarının 1-ci bəndinə əsasən, Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 4 may saat 00:00-dək uzadılmışdır. Həmin Qərarının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır. Həmin Qərarının 3-cü bəndinə əsasən “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəmi və sözü “4 may” rəqəmi və sözü ilə əvəz edilmişdir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Bakı Kommersiya Məhkəməsində böyük mütəxəssis-operator vəzifəsində işləyən X3 xüsusi karantin rejiminin müddətində, ölkə ərazisində “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” və “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının tələblərinə əsasən hərəkət etməsinə baxmayaraq, xx xxxxx 2020-ci il tarixdə N.İ.Rüstəmlinin barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Xətai rayon X10 Şöbəsinin polis polkovnik leytenantı X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla N.İ.Rüstəmli Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Lakin xx xxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında işə baxarkən, N.İ.Rüstəmlinin hazırda məhkəməyə təqdim etdiyi sübutlara, yəni inzibati xətanın olmamasına və işin düzgün həlli üçün əhəmiyyətli olan məlumatlara malik olan Bakı şəhəri Xətai rayon X10 Şöbəsinin polis polkovnik leytenantı X2 qanunvericiliyin yuxarıda qeyd tələblərinə əsasən sübutları obyektiv surətdə qiymətləndirmək və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarmaq əvəzinə hər hansı bir əsas olmadan, N.İ.Rüstəmlinin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göründüyü kimi X3 əməlində inzibati xəta tərkibi olmadığı halda onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Xətai rayon X10 Şöbəsinin polis polkovnik leytenantı X2 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Xətai rayon X10 Şöbəsinin polis polkovnik leytenantı X2 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1569/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1569/2020
16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver