Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1570/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Xətai rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xətai rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx.xx.2020-ci tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında verilib. Qərara əsasən X2 xx.xx.2020-ci ildə saat 10:26-da Məhəmməd Hadi küçəsi ərazisində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 şikayətlə məhkəməyə müraciət edərək, İXP ******* saylı protokol üzrə çxarılmış inzibati xəta haqqında iş üzrə qəbul edilmiş TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta tərkibi olmağıdı üçün iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırılmışdır ki, o, Bakı Kommersiya Məhkəməsində Böyük Mütəxəssis vəzifəsində işləyir və ölkədə “Covid-19" ineksiyasının yoluxması ilə bağlı xüsusi karantin rejimi elan olunduğu vaxtda məhkəmənin sədri vəzifəsini icra edən hakimi tərəfindən ona təqdim olunan xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişi barədə arayışla işə gedib- gəlmək icazəsi verilmişdir. Onuda qeyd edir ki, daima həmin arayış ilə keçərək işə gedib- gəlmişdir. Lakin xx.xx.2020-ci il tarixdə saat 10:26 radələrində eyni qaydada ictimai nəqliyyat vasitəsi olan avtobusla evdən işə gedərkən yol patrul xidmətinin əməkdaşları yoxlama apardı, məhkəmə tərəfindən ona verilən arayışı və şəxsiyyət vəsiqəsini təqdim etdi arayışı əsassız sayaraq ondan xidməti vəsiqəni soruşublar. Bakı Kommersiya Məhkəməsinin yeni yaradıldığını həminki vaxtda sədr təyin olunmadığından xidməti vəsiqələrin verilmədiyini həmin arayışın sədr vəzifəsini icra edən hakimi tərəfindən verildiyini bildirdi, yol patrul xidmətinin əməkdaşı şəxsiyyət vəsiqəsinin şəkilini öz mobil telefonu ilə çəkərək arayışla birlikdə ona geri qaytarıb keçə bilərsiniz dedi və yoxlama bitdi. Qeyd etmək istəyir ki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx.xx.2020 ci il tarixli qərarının 1.1.10-cu maddəsinə əsasən hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillərin işə gedib-gəlməyinə yol verilmişdir. Bildirmək istəyir ki, barəsində tərtib edilən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 100 manat cərimə edilməsi barədə xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli protokolun əsasında xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərarı barədə sonradan xəbər tutmuş və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə rəsmi qaydada xx.xx.2020-ci il tarixdə cərimə ilə bağlı heç bir məlumatının olmadığını bildirdi və qərarların ona təqdim olunması ilə bağlı ərizə ünvanlayaraq sözügedən qərarları xx.xx.2020-ci il tarixdə götürmüşdür. Hesab edir ki, barəsində tərtib olunmuş protokollar qeyri qanunidir və onun əsasında qəbul olunmuş qərarlar da qanunsuzdur. Onun hər zaman pandemiya dövründə hərəkət etməyinə icazəsi olmuşdur. Polis əməkdaşı isə onun icazəsinin olub-olmamasını tam və hər tərəfli araşdırmamış, barəsində AR İXM-nin 211-ci maddəsi ilə qanunsuz protokol tərtib etmişdir. Bundan əlavə qeyd etmək istəyir ki, protokol və protokolun əsasında barəsində qəbul olunmuş qərar iştirakı olmadan qəbul olunmuşdur. Bu səbəbdən hesab edir ki, barəsində qəbul olunmuş qərar qanunsuz hesab olunaraq ləğv olunmalıdır.Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər Göstərilənlərə əsasən məhkəmə şikayətə Xətai rayon DYPŞ Yol Patrul Xidmətinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək, məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Əhalinin sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini təmin etmək məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə x xxxxx 2020-ci il saat 00:00-dan etibarən aşağıdakı qaydada tətbiqi ilə bağlı qərara almışdır: aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir: -Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları; -Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları, -Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri; -İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları; -dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri; -hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər; -Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları; -dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur); -dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları; -Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti. X1 şikayətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə iş yerindən verilmiş arayış əsasında yaşayış yerini tərk etmişdir. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, X2 xx.xx.2020-ci il tarixdən Bakı Kommersiya Məhkəməsində Böyük mütəxəssix (operator) vəzifəsində işləyir. Müqavilə xx.xx.2020-ci il tarixdə müddətsiz bağlanmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 barəsində xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol və həmin protokol əsasında xx.xx.2020-ci tarixli TP seriyalı ******* nömrəli qərar qəbul edilərkən bu hal nəzərə alınmamışdır. Azəbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məjəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məjəllənin 84-cümaddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məjəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə olunması ilə bağlı Xətai rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx.xx.2020-ci tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və və inzibati xəta tərkibi olmağıdı üçün iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1570/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1570/2020
13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver