Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1574/2021 16.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxxxxxx 1977-ci ildə Lənkəran rayonu, Havzava kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran rayonu, Havzava kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi tərəfindən təqdim olunmuş 16 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 16 noyabr 2021-ci ildə saat 14:00-da ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. O cümlədən bildirir ki, 16 noyabr 2021-ci ildə saat 14 radələrində polis əməkdaşları Suraxanı qəsəbəsi ərazisində yerləşən yerüstü keçiddə vətəndaşların «COVİD-19» pandemiyası ilə bağlı karantin rejiminə riayət etmələri vəziyyəti ilə bağlı xidmət apararkən onlara kənardan yanaşmış və polis əməkdaşının bir vətəndaşla mübahisə apardığını görüb bunu mobil telefonuna çəkməyə başlamışdır. Bu zaman polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etməsini xahiş etmiş, cavabında ona kobudluq edərək səs-küy salmağa başlamışdır. Ona görə də polis əməkdaşları onu şəxsiyyətini müəyyən etmək üçün polis bölməsinə dəvət etmişlər. Lakin bu tələbə tabe olmamış, cümlədən avtomobilə doğru gedərkən vurub avtomobilin sağ arxa qapısını zədələmişdir. Əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilmiş X1 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs mobil telefonu vasitəsilə videoçəkiliş aparmaqla yanaşı polis əməkdaşlarının karantin rejiminə riayət olunması vəziyyətini yoxlamasına uca səslə narazılığını ifadə edirdi ki, bu da ətrafdakıların diqqətini cəlb edirdi. Bu səbəbdən polis əməkdaşları Şəxs yaxınlaşaraq, ondan özünü təqdim etməsini xahiş etmişlər. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü təqdim etməkdən imtina etmişdir. Şübhə yarandığına görə polis əməkdaşları Şəxs polis bölməsinə dəvət etdilər ki, şəxsiyyətini müəyyənləşdirsinlər. Lakin Şəxs buna da müqavimət göstərmiş, o cümlədən avtomobilin arxa sağ qapısını yüngül zədələmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibinin mövcud olması halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal yuxarıda göstərilən ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1574/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1574/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver