Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1576/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, X3 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, məhəllə 40, 2 nömrəli evin 57 nömrəli mənzildə qeydiyyatda olan, barəsində Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxxxx 2020-ci il tarixdə, saat 07:20-də, “Hyundai Santafe” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsində idarə edərkən spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 yol patrul xidməti inspektoru Z.Z.Səbzəliyev tərəfindən saxlanılmış, sərxoşluq vəziyyəti ACE-Z markalı, İN-642072 nömrəli alkotesterlə yoxlanıldıqda qanında alkoqolun konsentrasiyasının 0.462 promilli olduğu, bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 yol patrul xidməti inspektoru X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə axşam 100 qram araq içmiş, xx xxxxxxx 2020-ci il tarixdə, saat 07 radələrində, “Hyundai Santafe” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsində hərəkətdə olarkən isə yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, sərxoşluq vəziyyəti alkotesterlə yoxlanılmış və yol patrul xidməti inspektoru alkoqol sərxoşluğu vəziyyətində olduğunu bildirmişdir. O, yol patrul xidməti inspektoruna xx xxxxxxx 2020-ci il tarixdə axşam vaxtı araq içdiyini, hazırda alkoqol sərxoşluğu vəziyyətində olmasının qeyri-mümkün olduğunu bildirmişdir. Həmin vaxt yol patrul xidməti inspektoru ona, müvafiq protokolda alkotesterin göstəricisi ilə razı olduğunu, həkim müayinəsinə getməyə ehtiyyacının olmadığını və s. etirafedici qeydlər aparacağı təqdirdə ona köməklik ediləcəyini bildirmişdir. Buna görə də o, müvafiq protokolda qeyd etdiyi etirafedici qeydlərini yazıb öz imzası ilə təsdiq etmişdir. Bununla belə hər ehtimala qarşı Respublika Narkoioji mərkəzinə gedib saat 10:00-da sərxoşluq vəziyyəti ilə bağlı həkim müayinəsindən keçmiş və sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokoluna əsasən sərxoş olmadığı müəyyən edilmişdir. Sonda Şəxs qeyd edilənləri nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştiraklı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməyinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan və ona əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 00886 nömrəli test göstəricisindən görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 07:20-də, “Hyundai Santafe” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs spirtli içki qəbul etməsi özünü aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, İN-642072 nömrəli xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi, qanında alkoqolun konsentrasiyasının 0.462 promilli olduğu müəyyən olunmuşdur. Şəxs həmin protokolda öz imzası ilə bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyini, həkim müayinəsinə ehtiyacının olmadığını və alkotesterin nəticələri ilə razı olduğunu qeyd etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aprılan şəxs Şəxs məhkəmə iclasında təqdim etdiyi və iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 1/4912 saylı “Sərxoşuluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs saat 10:00-da tibbi müayinə olunarkən ayıq olmuşdur. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 07:20-də, “Hyundai Santafe” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsində idarə edərkən spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, sərxoşluq vəziyyəti ACE-Z markalı, İN-642072 nömrəli alkotesterlə yoxlanıldıqda qanında alkoqolun konsentrasiyasının 0.462 promilli olduğu, bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında tərtib edilmiş protokolda öz imzası ilə bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyini, həkim müayinəsinə ehtiyacının olmadığını və alkotesterin nəticələri ilə razı olduğunu qeyd etmişdir. Bundan sonra Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi məqsədi ilə həmin tarixdə, saat 10:00-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə müraciət etmiş və onun ayıq olması barədə xx xxxxxxx 2020-ci il tarixli, 1/4912 saylı tibbi müayinə protokolu tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 07:20-də yol patrul xidməti inspektoru tərəfindən saxlanıldıqdan və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün ACE-Z markalı, İN-642072 nömrəli xüsusi texniki vasitədən istifadə edildikdən sonra tərtib edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda öz imzası ilə bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyini, həkim müayinəsinə ehtiyacının olmadığını və alkotesterin nəticələri ilə razı olduğunu qeyd etdiyi halda, bundan 02 saat 40 dəqiqə sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə müraciət edib xx xxxxxxx 2020-ci il tarixdə, saat 10:00-da ayıq olması barədə xx xxxxxxx 2020-ci il tarixli, 1/4912 saylı tibbi müayinə protokolu alması, Şəxs “Hyundai Santafe” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi an alkoqol sərxoşluğu vəziyyətində olmamasına dair sübut hesab edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını Şəxs şəxsiyyətini, cavanlığını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. AD seriyalı, 144079 saylı sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1576/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1576/2020
20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver