Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-158/2021 19.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, tələbə, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 39C nomrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 10 radələrində, etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi istiqamətinə saatda 30 kilometr sürətlə hərəkətdə olduğu zaman fikirli olduğundan işıqforun qırmızı işığında dayanmadan hərəkətini davam etdirərək, X1 idarə etdiyi “X15” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən həmin avtomobil dayanmış vəziyyətdə olan X7 idarə eldiyi “Khazar" markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Khazar" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə zərbənin təsirindən dayanmış vəziyyətdə olan X2 idarə etdiyi “BMW” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı ilə avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticədə Şəxs idarə etdiyi “VAZ 21074” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X10 burun kökünün şişkinliyi, alın nahiyəsinin şişkinlik və qançırı (hematoması), sıyrıqları, sol yanağın qançır və sıyrıqları və sol qaşın sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 10 radələrində idarə etdiyi “VAZ 21074” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi istiqamətinə saatda 30 kilometr sürətlə hərəkətdə olduğu zaman işıqforun qırmızı işığında dayanmalı olduğu halda, fikirli olduğundan hərəkətinə davam etmiş və “X15” markalı, **- MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Avtomobilindən düşdükdən sonra isə “X15” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Khazar" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə, həmin avtomobilin isə “BMW” markalı, **- UJ-*** dövlət qeydiyyat nişanlı ilə avtomobillə toqquşduğunu görmüşdür. Yol nəqliyyat hadisəsi nəticəsində o, hər hansı bir xəsarət almasa da, onun idarə etdiyi avtomobildə olan sərnişin, əmisi oğlu Mədət yüngül bədən xəsarətləri aldığından təcili tibbi yardım vasitəsilə 3 saylı Şəhər Klinikasına aparılmış, orada müayinə olunduqdan sonra sonuncu evə buraxılmışdır. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş vermişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 1/3063 nömrəli “Sərxoşuluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı Şəxs ayıq olmuşdur. İş materiallarında olan AD seriyalı, 849538 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, “VAZ 21074” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 məxsusdur. İş materialalrında olan xx xxxxxxxx 2020-ci il tarixli, ƏN-V seriyalı, 352043 nömrəli etibarnamənin kserosurətindən görünür ki, X9 mülkiyyətində olan “VAZ 21074” markalı, **- HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx xxxxxx 2029-cu il tarixədək idarə etməyi, xx xxxxxx 2019-cu ildə verilmiş AD seriyalı, 306160 nömrəli sürücülük vəsiqəsi üzrə Azərbaycan Respublikası vətəndaşı Şəxs etibar etmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1098 saylı rəyindən görünür ki, X6 bədən səthində burun kökünün şişkinliyi, alın nahiyəsinin şişkinlik və qançırı (hematoması), sıyrıqları, sol yanağın qançır və sıyrıqları və sol qaşın sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmiş və tərəflərə vurulmuş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. AD seriyalı, 306160 nömrəli sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-158/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-158/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver