Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1588/2021 19.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5, X1nın iştirakı ilə xx xxxxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi 19 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 26.04.2012-ci il tarixli 2(006)-1558/2012 nömrəli icra sənədinə əsasən 21 fevral 2011-ci il təvəllüdlü X9 və 09 iyun 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün 15 mart 2012-ci ildən başlayaraq, hər ay hər uşağa görə 76 manat, cəmi 152 manat sabit pul məbləğində aliment xx xxxxxxx 1977ci il ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanda qeydiyyatda olan Şəxs tutularaq X4 verilməlidir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X8 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi şöbənin icraatına daxil oılmuş, icra sənədi icraata daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılaraq tərəflərə qərar və bildiriş göndərilmişdir. Borclu barəsində aidiyyəti orqanlara sorğular verilmiş lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Bu gün üçün Şəxs aliment borcu 14.480 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, tələbkara qeyri-rəsmi olaraq, yəni qəbz almadan təxminən 14.000 manat civarında pul ödəyib. Alimenti bəzi hallarda az ödəməsinin səbəblərindən biri ondan ibarətdir ki, tələbkar ona uşaqları verməkdən bəzi hallarda imtina edirdi. Borclu həmçinin bildirir ki, səhhətində problemlər var. Bu səbəbdən fiziki işdə işləyə bilmir. Beləliklə, alimenti müəyyən edilmiş miqdardan az miqdarda ödəməsi digər səbəbi özünə uyğun iş tapa bilməməsi ilə əlaqədar olub. X1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, borclunun bu günədək ödəməli olduğu aliment məbləği 17.480 manat təşkil edir. Sonuncu bu günədək rəsmi qaydada təxminən 2.800 manat və qeyri-rəsmi formada, yəni qəbz alınmadan ən çoxu 200 manat ödəniş edib. Borclunun ona qeyri rəsmi formada daha çox miqdarda ödəniş etməsinə dair bildirdikləri isə həqiqətə uyğun deyil. Guya onun uşaqları borcluya vermədiyinə dair bildirilənlər də həqiqəti əks etdirmir. Əksinə borclu istədiyi vaxt gəlib uşaqları ilə görüşmüş, hətta elə vaxtlar olmuşdur ki, uşaqları özü ilə aparıb bir ay və daha çox yanında saxlamışdır. Qeyd edir ki, borclunun alimenti ödəməsi üçün kifayət qədər maddi imkanı var. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini ödəməmişdir. Məhkəmə məsələ ilə bağlı borclunun dəlillərinə münasibət bildirərək qeyd edir ki, onun tələbkara ödənişi təsdiq edən sənəd almadan 14.000 manat civarında aliment ödədiyinə dair bildirdikləri heç bir mötəbər sübutla təsdiq edilmir. Borclunun digər dəlili tələbkarın ona uşaqları ilə görüşməsinə maneələr törətməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, belə hal baş vermişdisə də belə, bu alimentin ödənilməməsinə və ya natamam ödənilməsinə əsas verə bilməzdi. Çünki hər bir halda borclu uşaqları ilə görüş vaxtlarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Borclunun başqa bir dəlili səhhətində olan problemlərlə bağlı fiziki işdə işləyə bilməməsi ilə bağlıdır. Bununla əlaqədar məhkəmə aşağıdakıları bildirir. Əvvəla borclunun səhhətində fiziki işdə işləməsinə əhəmiyyətli maneə törədə biləcək xəstəlikdən əziyyət çəkməsi iş materialları ilə müəyyən edilmir. Həmçinin, icra məmuru işin məhkəmə baxışı zamanı bildirmişdir ki, borclunun özünə uyğun işlə təmin olunması məqsədilə məşğulluq orqanlarına müraciət etmiş və ona bildirmişdir ki, gedib həmin orqanlarda təklif olunan işlərlə maraqlansın. Lakin borclu məşğulluq orqanlarına getməkdən ümumiyyətlə imtina etmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən aylıq aliment miqdarının 152 manat olduğu halda borcun 14.480 manat təşkil etdiyini də nəzərə alır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 14 (on dörd) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 19 noyabr 2021-ci il tarixindən saat 18:40-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1588/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1588/2021
19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver