Məhkəmə qərarları › İş №3(010)-1589/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1589/2020

07.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1589/2020 07.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə rəisi X4 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1961-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, Naxçıvan şəhəri, Şərur rayonu, Püsay kəndində qeydiyyatda olan, Sabunçu rayonu, X7 qəsəbəsi yeni yaşayış sahəsində nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2020-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə rəisi, polis mayoru Fuad Qasımov inzibati ərazidə olan zaman, ərazidə yaşayan Binə qəsəbəsi, Donuzçuluq sovxozu nömrəsiz evdə yaşayan vətəndaş X2 onun şəxsi mobil nömrəsinə zəng edərək onun yaşadığı ünvana Əsgər adlı şəxsin içkili halda onun yaşadığı evə gələrək narahatlıq yaratmasını onlara köməklik etməyini ondan xahiş etdilər. Bu səbəblə qeyd olunan ünvana yaxınlaşmış, qeyd olunan Əsgər adlı şəxsə yaxınlaşaraq özünü təqdim edərək ona hüquq və vəzifələri izah edilərək oradan uzaqlaşmasını tələb etsədə o, oradan uzaqlaşmayacağını iddia etmişdir. Bu səbəblə polis əməkdaşı ona PŞ-nə yaxınlaşmasını hər hansı iddiası varsa yazılı şəkildə müraciət etməsini bildirsə də yenədə o, əməlindən geri qalmayaraq həmin şəxs onu və ümumi olaraq polis əməkdaşlarını təhqir edərək PŞ-nə gəlməyəcəyini deyərək polisin polisin qanuni tələbinə riayət etməyərək orada səs-küy salmağa başlamışdır. Polis əməkdaşı məcbur qalaraq qeyd olunan inzibati ərazidə xidmət aparan PPXB-nün əməkdaşlarınını qeyd olunan ünvana dəvət ediblər. Onlarda qeyd olunan ünvana gəlsələrdə yenədə onlara da tabesizlik göstərsə də PPXBnin əməkdaşları onu tabesizlik göstərməsi səbəbi ilə PŞ-nə təmin etdilər. PŞ-də həmin şəxsin vətəndaş Şəxs olması məlum olmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Öz davranışının səbəbi kimi keçmiş həyat yodaşının onlara məxsus evin X1 qanunsuz satılmasına görə D.Hüseynovadan sadəcə olaraq evin sənədlərinə baxmaq istədiyini, D.Hüseynovadan əslində təqsiri olmadığını göstərmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 barəsində inzibati xəta haqqında protokolu tərtib edilmiş şəxsin yaşadığı evin yandırılması, onun və ailə üzvlərinin pıçaqlanması barədə hədələnməsini, həmin şəxsdən qorxmalarını, evin yanında evin yandırılması barədə kağızların atmasını, polisə zəng etdiyini, polis əməkdaşının gələndən sonra polisə müqavimət göstərdiyini, təhqir etdiyini göstərmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə rəisi X5 məhkəmədə göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ərazisində sərxoş vəziyyətdə polisin qanuni tələblərinə tabe olmamışdılr. Buna görə də o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materialarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə inspektoru mayor Fuad Osmanovun raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə xidməti ərazidə olarkən Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ərazisində nömrəsiz evdə yaşayan vətəndaş X2 onun şəxsi mobil nömrəsinə zəng edərək onun yaşadığı ünvana Əsgər adlı şəxsin içkili halda onun yaşadığı evə gələrək narahatlıq yaratmasını onlara köməklik etməyini ondan xahiş etdilər. Bu səbəblə qeyd olunan ünvana yaxınlaşmış, qeyd olunan Əsgər adlı şəxsə yaxınlaşaraq özünü təqdim edərək ona hüquq və vəzifələri izah edilərək oradan uzaqlaşmasını tələb etsədə o, oradan uzaqlaşmayacağını iddia etmişdir. Bu səbəblə polis əməkdaşı ona PŞ-nə yaxınlaşmasını hər hansı iddiası varsa yazılı şəkildə müraciət etməsini bildirsədə yenə də o, əməlindən geri qalmayaraq həmin şəxs onu və ümumi olaraq polis əməkdaşlarını təhqir edərək PŞ-nə gəlməyəcəyini deyərək polisin qanuni tələbinə riayət etməyərək orada səs-küy salmağa başlamışdır. Polis əməkdaşı məcbur qalaraq qeyd olunan inzibati ərazidə xidmət aparan PPXB-nün əməkdaşlarınını qeyd olunan ünvana dəvət ediblər. Onlarda qeyd olunan ünvana gəlsələrdə yenə də onlarada tabesizlik göstərsə də, PPXB-nin əməkdaşları onu tabesizlik göstərməsi səbəbi ilə PŞ-nə təmin etmişdirlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini,onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar