Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-159/2021 13.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib cərimə edilmişdir. X5 həmin qərardan şikayət verib. Suraxanı Rayon Məhkəməsinin 3(010)-159/2021 nömrəli iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. X5 həmin qərardan şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-505/2021 nömrəli iş üzrə xx xxxx 2021-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə qaytarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci ildə saat 13.32-də SMS vasitəsilə müvafiq icazə alaraq Vətən Müharibəsi iştirakçısı olmuş oğlu X1 ilə əlaqədar əvvəl Hərbi Komissarlığa getmiş, sonra onu həkim müayinəsinə aparmışdır. İcazəsinin müddəti 16.32-də bitməli idi. Bütün işlərini görmüş və icazəli olduqları müddətdə evlərinə qayıtdıqları vaxt Suraxanı rayonu ərazisində yolnəqliyyat qəzasına düşmüşlər. Bununla əlaqədar Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə dəvət edilmişdir. Orada yol nəqliyyat hadisəsi ilə əlaqədar yazılı izahatları alınmış, DYPŞ-də aparılmış araşdırma ilə əlaqədar vaxt sərf olunduğuna görə icazəsinin vaxtı bitmişdir. Xüsusi karantin rejimi ilə əlaqədar təşkil edilmiş postları keçmək üçün onlara polis polkovnik leytenantı Adil Talıbov tərəfindən müvafiq arayış verilmişdir. Lakin polis postunu keçərkən qeyd etdiyi arayışı polis əməkdaşına təqdim etdiyinə baxmayaraq, sonuncu buna məhəl qoymadan icazənin vaxtının bitdiyini əsas gətirərək barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol əsasında qəbul edilmiş eyni tarixli qərarla inzibati cərimə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. X2 mobil telefonuna xx xxxxxx 2021-ci ildə saat 13:32-də 8103 nömrəsindən gəlmiş məlumata işin məhkəmə baxışı zamanı baxış keçirilmişdir. Həmin məlumat aşağıdakı məzmundadır: «aze17207705 nömrəsi üzrə sorğunuz təsdiqləndi. Artıq 3 saat müddətinə yaşayış yerinizi tərk edə bilərsiniz. 3 saatdan artıq vaxt üçün tibbi arayış tələb olunur». Bu məlumatda göstərilən seriya və nömrə X2 şəxsiyyət vəsiqəsinə aiddir. Göründüyü kimi, X5 xx xxxxxx 2021-ci ildə müvafiq icazənin alınması üçün 8103 nömrəsinə SMS göndərmiş və ona həmin gün saat 13.32-dən etibarən 3 saat müddətində yaşayış yerini tərk etməyə icazə verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin yanvar 2021-ci ildə saat 13.32-dən 16.32-dək yaşayış yerini tərk etməsinə icazəsi olub. Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli arayışdan görünür ki, X2 xx xxxxxx 2021-ci ildə idarə etdiyi «Peugeout» markalı 99LO971 dövlət qeydiyyat nişanlı avtomobillə «VAZ 21063» markalı 15BE647 dövlət qeydiyyat nişanlı avtomobil arasında yol-nəqliyyat qəzası baş vermişdir. Həmin hadisə ilə bağlı X5 xx xxxxxx 2021-ci ildə Suraxanı RPİ DYPŞ-də olmuş və saat 17:00-da izahatı alınmışdır. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı 06628025 nömrəli qərarında və inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokolda isə X2 xx xxxxxx 2021-ci ildə karantin qaydasını pozduğu göstərildiyinə baxmayaraq, müvafiq yoxlamanın konkret olaraq saat neçədə həyata keçirildiyi qeyd edilməmişdir. Bununla yanaşı, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı 06628025 nömrəli qərarında X3 tətbiq olunmuş inzibati tənbeh növü (cərimə tətbiq olunubsa, bunun miqdarı) konkret göstərilməmişdir ki, bu da Azərbaycan Respublikası İXM-nin 115.1.5-ci maddəsinin tələbinə ziddir. X2 müvafiq dəlilinin inzibati xəta haqqında qərar qəbul edilərkən araşdırıldığı da iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-159/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-159/2021
13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver