Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1595/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirləndirilməsi ilə bağlı Suraxanı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı rayon prokuroru Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Suraxanı rayon prokuroru tərəfindən Şəxs barəsində 02 mart 2024-cü il tarixində “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir ona görə ki, vəzifəli şəxs Şəxs (FİN: xxxxxxx, VÖEN:**********) X1 texniki təhlükəsizlik qaydaları ilə tanış edilmədən, iş üzrə təlimatlandırılmadan və bilikləri yoxlanılmadan faktiki rəhbəri olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Quşçuluq Sovxozu” nömrəsiz ünvanda yerləşən makaron sexində əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fəhlə kimi işlərin görülməsinə cəlb edərək ehtiyatsızlıqdan sonuncunun xx.xx.2023-cü il tarixdə işdə olan zaman sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, Suraxanı rayon prokurorluğu tərəfindən tərtib edilmiş inzibati xəta haqqında material qanunsuz və əsassızdır. Belə ki, inzibati xəta haqqında materialda göstərilir ki, Şəxs tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması səbəbindən barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə material tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 198-ci maddəsinin məzmununda sırf əməyin mühafizəsi qaydalarının pozulması nəzərdə tutulan, yəni mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi, binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsi, bilavasitə iş yerlərinin sağlam sanitariyagigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmaması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsi və s. şərtlər qeyd edilmiş, lakin Şəxs tərəfindən həmin şərtlərə uyğun olaraq tələblər pozulmamışdır. Belə bir halda da Şəxs tərəfindən olmamışdır. Bundan başqa “Texniki təhlükəsizlik qaydaları” barədə Azərbaycan Respublikasının Qanununa əsasən orda qeyd edilən hallar var ki, hansı istehsal sahələri, texniki təhlükəsizlik qaydaları baxımından dövlət qeydiyyatına alınmalıdır, dövlət qeydiyyatına alındıqdan sonra qaydaların tətbiq edilməsi hansı işçiyə həvalə edilməlidir, Şəxs özü qanunda nəzərdə tutulmuş siyahıdakı istehsal sahələri ilə hər hansı ilə məşğul deyil, onun sahəsi tam başqadır, texniki təhlükəsizlik qaydaları nəzərdə tutulan kateqoriyaya aid deyil. Eyni zamanda müddət keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı rayon prokurorluğu nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Suraxanı rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tərkibi mövcuddur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməlidir. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən, “Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər”. İş materiallarından görünür ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar 11 yanvar 2024-cü ildə verilmişdir. Göründüyü kimi, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qəbul edildiyi tarixdən 3 aydan çox vaxt keçib. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən «inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3cü maddəsi ilə təqsirli bilinməli, lakin həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 38.3-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə eyni Məcəllənin 53.0.6-cı maddəsinə əsasən hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-1595/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1595/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver