Məhkəmə qərarları › İş №3(010)-16/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-16/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-16/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 və Bakı şəhəri Suraxanı rayonu Dövlət X11 yolpatrul xidməti inspektoru X5 iştirakı ilə, X2, 23 avqust 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 5CL4JV9, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayonu Dövlət X11 polis kapitanı X6 tərəfindən qəbul edilmiş 08 dekabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 20 noyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayonu Dövlət X11 polis kapitanı X3 qəbul etdiyi qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə olunmuşdur. 08 dekabr 2022-ci il tarixdə X2 Bakı şəhəri Suraxanı rayonu Dövlət X11 polis kapitanı X6 tərəfindən qəbul edilmiş 08 dekabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarında verdiyi şikayəti Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 göstərdi ki, 08 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərarda qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, 20 noyabr 2022-ci il tarixdə, 21:58 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q Massivi 3 ərazisində yerləşən stop işarəsini gözləyib, Samir Cəfərov küçəsinə dönən zaman Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 əməkdaşı onun idarə etdiyi avtomobili saxlayaraq, ona qanun pozuntusuna yol verdiyini bildirmişdir. O, bu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 əməkdaşına bildirmişdir ki, yol ayrıcına daxil olduqda Mercedes markalı avtomobilə yol verərək, yolun boş olduğunu görüb stop işarəsini gözləyib, Samir Cəfərov küçəsinə dönmüşdür. O, həmin vaxt heç bir qanun pozuntusuna yol verməmişdir. Lakin polis əməkdaşı onun bu fikirləri ilə razılaşmayaraq barəsində protokol tərtib ediləcəyini bildirmişdir. O, polis əməkdaşı ilə razılaşmayaraq ərazidə yerləşən şəhər kameralarına baxılmasını təklif etmişdir. Onlar şəhər kameralarına baxan zaman onun heç bir qanun pozuntusuna yol vermədiyi aşkar şəkildə görsənsə də, polis əməkdaşı israrla onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 20 noyabr 2022-ci il tarixli protokol tərtib etdi. O, bu protokol ilə razılaşmadığı üçün həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayonu Dövlət X11 polis kapitanı X3 qəbul etdiyi qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə olunmuşdur. X1 Bakı şəhəri Suraxanı rayonu Dövlət X11 polis kapitanı X6 tərəfindən qəbul edilmiş 08 dekabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş Bakı şəhəri Suraxanı rayonu Dövlət X11 nümayəndəsi yol-patrul xidməti inspektoru X7 məhkəmədə bildirdi ki, 20 noyabr 2022-ci il tarixdə, saat 21:58-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q Massivi 3 ərazisində xidmətdə olan zaman “KİA RİO” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üstünlüyə malik olan nəqliyyat vasitələrinə yol vermədiyini görərək, həmin avtomobilin sürücüsünə saxla əmri verilmişdir. Bu zaman sürücü onunla mübahisə edərək, heç bir qanun pozuntusuna yol vermədiyini bildirmişdir. Lakin, həmin vaxt xidməti avtomobildə olan videoregistrator vasitəsi ilə çəkilmiş videogörüntülərə baxış zamanı “KİA RİO” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 həqiqətəndə qanun pozuntusuna yol verdiyi müəyyən olunmuşdur. Bu isə bir daha onu sübut edir ki, X4 20 noyabr 2022-ci il tarixdə, saat 21:58də qeyd edilən inzibati xətanı törətmişdir. Sonda yol-patrul xidməti inspektoru X7 şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi və inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş orqanın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməli və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh haqqında 08 dekabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın surətindən görünür ki, X4 20 noyabr 2022-ci il tarixdə, saat 21:58-də “KİA RİO” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q Massivi 3 ərazisində yolayrıcını keçmə qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 20 noyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş 08 dekabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayonu Dövlət X11 yol-patrul xidməti inspektoru X5 təqdim etdiyi videogörüntüyə baxış zamanı müəyyən olunur ki, 20 noyabr 2022-ci il tarixdə, saat 21:58-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q Massivi 3 ərazisində “KİA RİO” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üstünlüyə malik olan nəqliyyat vasitələrinə yol vermədiyi, bununla da, yolayrıcını keçmə qaydalarını pozduğu müəyyən olunur. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X4 20 noyabr 2022-ci il tarixdə, saat 21:58-də idarə etdiyi “KİA RİO” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q Massivi 3 ərazisində yolayrıcını keçmə qaydalarını pozduğuna görə yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, X4 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə Azərbaycan Respublikası İXM-nin tələblərinə riayət olunmaqla baxılaraq, Bakı şəhəri Suraxanı rayonu Dövlət X11 polis kapitanı X3 qəbul etdiyi qərarla X4 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” Siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından X13nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X13 İdarəsinin, X13 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X13 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxır. İnzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı isə müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmişdir, X2 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmişdir, habelə X4 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayonu Dövlət X11 polis kapitanı X6 tərəfindən qəbul edilmiş və faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan 08 dekabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayonu Dövlət X11 polis kapitanı X6 tərəfindən qəbul edilmiş 08 dekabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X2 şikayəti rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti rədd edilsin. Bakı şəhəri Suraxanı rayonu Dövlət X11 polis kapitanı X6 tərəfindən qəbul edilmiş 08 dekabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar