Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1605/2020 24.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsi Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Vergi xidmətinin rəsmi internet saytından sonradan məhkəməyə təqdim edilmiş çıxarışla müəyyən olunur ki, Şəxs MMC-nin hüquqi ünvanı “ünvan 1 mənzil 35A”-dır. Müvafiq (əvvəl Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə törədilmiş) inzibati xətanın Suraxanı rayonu ərazisində törədilməsi halı da heç bir sübutla müəyyən edilmir. Göstərilənlərə əsasən inzibati xəta haqqında materiala Suraxanı Rayon Məhkəməsində deyil, Şəxs MMC-nin hüquqi ünvanının olduğu ərazi üzrə rayon (şəhər) məhkəməsinə verilməli idi. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1605/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1605/2020
24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver