Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-161/2021 21.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilmişdir. X2 bununla bağlı ərizə verib. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq müraciəti ərizə formasında deyil, şikayət formasında tərtib edilməlidir. Bununla yanaşı, işin faktik hallarından görünür ki, MN seriyalı ******* nömrəli qərar xx xxxxxx 2020-ci ildə verilib. Şikayət isə poçt müəssisəsinə xx xxxxxx 2021-ci ildə daxil təhvil verilərək, məhkəməyə xx xxxxxx 2021-ci ildə daxil olmuşdur. Beləliklə, təqdim olunmuş sənədlərlə X1 Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinin tələblərinə əməl etməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, yuxarıda göstərilənlər icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: X1 ərizəsi geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-161/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-161/2021
21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver