Məhkəmə qərarları › İş №3(010)-1611/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1611/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1611/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 09 fevral 2021-ci il tarixli «İXP ******* seriyalı» qərarının ləğvinə dair X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər DYPİ-nin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş 09 fevral 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş 09 fevral 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarla X2 Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat miqdarında cərimə edilmişdir. X2 bununla bağlı məhkəməyə şikayət vermiş, Suraxanı Rayon Məhkəməsinin 3(010)-608/2021 nömrəli iş üzrə 07 may 2021-ci il tarixli qərarı ilə həmin şikayət qismən təmin olunaraq Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 09 fevral 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilmiş və məhkəmə qərarının surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, hadisə ilə bağlı Bakı şəhər DYPİ-də yenidən araşdırma aparılmış və 07 iyul 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarla X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat miqdarında cərimə edilmişdir. X2 bu qərardan da məhkəməyə şikayət vermiş, Suraxanı Rayon Məhkəməsinin 3(010)-991/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qərardadı ilə həmin şikayət geri qaytarılmışdır. X2 yenidən 09 fevral 2021-ci il tarixli «İXP ******* seriyalı» qərardan şikayət verib. Məsələ ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. İşin faktik hallarından görünür ki, X1 09 fevral 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş 09 fevral 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarla bağlı şikayətinə artıq məhkəmə qaydasında baxılmış və bununla əlaqədar Suraxanı Rayon Məhkəməsinin 3(010)-608/2021 nömrəli iş üzrə 07 may 2021-ci il tarixli qərarı qəbul edilmişdir. Ona görə də eyni protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli qərarla bağlı şikayətə yenidən baxıla bilməz. Məhkəmə 09 fevral 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş TP seriyalı ******* nömrəli qərarla bağlı məsələyə də baxılmasını mövcud vəziyyətdə mümkün saymır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Eyni Məcəllənin 126.1-ci maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər». Azərbaycan Respublikası İXM-nin 125.2.2 və 125.2.3-cü maddələrinə əsasən «eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir», «inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir». Yuxarıda qeyd olunduğu kimi, TP seriyalı ******* nömrəli qərar 07 iyul 2021-ci ildə verilib. Şikayət isə məhkəməyə 25 noyabr 2021-ci ildə təqdim olunub. Göründüyü kimi, qərardan şikayət verilməsi müddəti buraxılmışdır. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Hesab edirəm ki, yuxarıda təsvir olunanlar şikayət üzrə icraatı rədd edən hallar kimi qiymətləndirilməli və X1 hazırkı şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 09 fevral 2021-ci il tarixli «İXP ******* seriyalı» qərarının ləğvinə dair X1 şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar