Məhkəmə qərarları › İş №3(010)-1614/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1614/2020

27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1614/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, X2, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 5H0722H, evli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 84 nömrəli evdə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdov tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxxxx 2020-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdov tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla M.E.Quliyev Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. X2 Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdovun qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti xx xxxxxx 2020ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, o, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış rəsmi müqavilə əsasında Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Topaz” məntəqəsini (agent olaraq) işlədir. xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları onun fəaliyyət göstərdiyi “Topaz” məntəqəsinə gələrək barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişlər və həmin protokol əsasında isə MN seriyalı, ******* nömrəli qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla 400 manat məbləğində cərimə edilmişdir. Polis əməkdaşları inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarın tərtib olunmasına əsas kimi karantin rejimi dövründə Nazirlər Kabinetinin icazə vermədiyi fəaliyyətlər sahəsinə daxil olan xidmətlə məşğul olmağını bildirmişlər. İnzibati tənbeh vermə haqqında qərar qanunvericliyin tələblərinin kobudcasına pozulması ilə qəbul edildiyindən ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Dəfələrlə müraciət etməyinə baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar ona rəsmi olaraq xx xxxxxxx 2020-ci il tarixdə verilmişdir. Qərarın bu qədər gec verilməsi ona qarşı olan qərəzli münasibət göstrir. Bundan əlavə, Nazirlər Kabinetinin 163, 178, 196, 237, 282, 294 və 323 saylı qərarları ilə karantin rejimi dövründə fəaliyyəti qadağan edilən ictimai iaşə və digər müəssisələrin fəaliyyəti tənzimlənir. Nazirlər Kabinetinin 08 sentyabr tarixində qüvvəyə minən 04 sentyabr tarixli 323 nömrəli Qərarı ilə əksər müəssisələrin fəaliyyətinə icazə verilmiş və yumşalmalar başlanılmışdır. Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarlarının heç birində “Topaz" fəaliyyətini qadağan edən heç bir müddəa yoxdur, inzibati tənbeh isə xx xxxxxxxx 2020-ci il tarixdə tətbiq edilmişdir. Həmin qərarda Nazirlər Kabinetinin fəaliyyətini qadağan etdiyi sahələrdə mərc və digər oyunların keçirilməsi barədə müddəa yoxdur. Buna baxmayaraq onlar həmin tarixə qədər yalnız “online” qaydada fəaliyyət göstərmişlər. Heç bir müştəri qəbul etməmişlər. Onların fəaliyyəti də qadağan edilməmiş və onlar ASAN icazə sistemindən istifadə edərək fəaliyyət göstərmişlər. Polis əməkdaşları onların ünvanına baxış keçirərkən onlar həmin müəssisədə heç bir müştəri qəbul etməmişlər və müştəri qəbul etmələri ilə bağlı polis əməkdaşlarında da heç bir sübut olmamışdır. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə xx xxxxxxxx 2020-ci il tarixində məktubla müraciət etmiş, həmin müraciəti nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən DİN-nə, İqtisadiyyat Nazirliyinə fəaliyyətlərinin məhdudlaşdırılmaması ilə bağlı göstəriş verilmişdir. Məhkəməyə nüraciət edildiyi tarixdə xx xxxxxxxx 2020-ci il tarixində bütün Respublika üzrə “Topaz” agentləri heç bir məhdudlaşdırma olmadan fəaliyyətlərini davam etdirməkdədirlər. Nazirlər Kabineti bu məktubla fəaliyyətlərinin qadağan edilmədiyini təsdiqləyib və digər orqanlara bu barədə razılaşdırılmış məktub ünvanlayıb. Buna görə də M.E.Quliyev Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdov tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati qərar çıxarılmış şəxs X2 nümayəndəsi və vəkili X3 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsin nümayəndəsini və vəkilini dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:10-da Bakı şəhəri, Xətai rayonu ərazisində “Topaz” idman mərc oyunları obyektində fəaliyyət göstərərək karantin rejim qaydalarını pozmaqla Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdov tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 eyni tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati protokol tərtib edilən X2 törətdiyi inzibati xətanın konkret olaraq nədən ibarət olması və onun karantin rejiminin hansı qaydalarını pozması göstərilməmiş və bu pozuntu qanunvericiliyin tələblərinə uyğun hər hansı bir formada əsaslandırılmamışdır. Əksinə şikayət vermiş şəxsin təqdim etdiyi Nazirlər Kabinetinin müvafiq qərarlarında “Topaz” idman mərc oyunlarının keçirilməsinə qoyulmuş qadağa öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il tarixli 323 saylı “xüsusi krantin rejimi ilə bağlı bəzi məsələlər barədə” Qərarında göstərilmişdir ki: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri- yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin- təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1.1.2-ci, 1.1.5-ci yarımbəndlər və 1.2-ci bənd ləğv edilsin; 1.2. 1.1-1 -ci bənddə “5” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin; 1.3. 2-ci hissədə “hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının” sözləri “tələblərin” sözü ilə əvəz edilsin; 1.4. 3-cü hissədə “hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına” sözləri “tələblərə” sözü ilə əvəz edilsin; 1.5. 4-cü hissə ləğv edilsin; 1.6. həmin Qərara əlavə - “Fəaliyyətinə icazə verilən sahələr” üzrə: 1.7.1. 6.10-cu bənddən “açıq hava sahəsində” sözləri çıxarılsın; 1.7.2. aşağıdakı məzmunda 13-cü hissə əlavə edilsin: “13. Təhsil müəssisələrinin fəaliyyəti.”.

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 2.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin: 2.1 “1.2. ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;”; 2.2. 1.3-cü bənd ləğv edilsin; 2.3. 1.15-ci bənddən “, Gəncə, Lənkəran” sözləri çıxarılsın və həmin bənddə “22:00-dan 08:00-dək” sözləri “00:00-dan 09:00-dək” sözləri ilə əvəz edilsin. 3. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli və “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 294 nömrəli Qərarının 3.1 -ci bəndində “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının” sözləri “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun” sözləri ilə, “22:00-dək” sözləri “00:00-dək” sözləri ilə əvəz edilsin və həmin bənddən “açıq hava sahəsində” sözləri çıxarılsın. 4. Müəyyən edilsin ki: 4.1. təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təmin edilir; 4.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla saat 09:00-dan 00:00-dək həyata keçirilir; 4.3. bu Qərara əsasən fəaliyyətinə icazə verilən sahələrin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur. 5. Bu Qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir. Yuxanda qeyd olunan Qərardan da göründüyü kimi Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 saylı Qərarı ilə 1.1.2-ci bəndində göstərilən “ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər qadağası” yarımbəndi ləğv edilmişdir. Məhkəmə hesab edir ki, X4 xx xxxxxxxx 2020-ci il tarixdə qeyd olunan ictimai iaşə müəssisəsində fəaliyyət göstərmiş olsaydı belə, onun bu fəaliyyəti özlüyündə karantin rejiminin pozulması kimi qiymətləndirilə bilməzdi. Karanatin rejiminin pozulması, həmin vaxtı qüvvədə olan qadağalardan hər-hansı birinin baş verməsi ilə bağlı yarana bilərdi. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdov tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Eyvaz Mürvələdovun xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar