Məhkəmə qərarları › İş №3(010)-1617/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1617/2020

13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1617/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X26 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X14 iştirakı ilə, X7, 12 avqust 1969-cu ildə Laçın rayonunun, Güləbird kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4GW2BV1, evli, Laçın rayonu, Güləbird Ərazi Dairəsi, Güləbird kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 9 nömrəli evin 23 nömrəli mənzilində yaşayan, Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X20 tərəfindən qəbul edilmiş 19 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin müfəttişi R.M.Tağıyev tərəfindən X7 barəsində Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 11 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X11 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 19 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə N.Ə.Qəhrəmanov Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 1.000 manat məbləğində inzibati cərimə olunmuşdur. 11 noyabr 2020-ci il tarixdə X15 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X20 tərəfindən qəbul edilmiş 19 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X15 məhkəmədə bildirdi ki, barəsində qəbul edilmiş qərarda az yaşlı 26 mart 2009-cu il təvəllüdlü X8 fiziki şəxs ona məxsus sahibkarlıq subyekində hər hansı işlərin, xidmətin yerinə yetirilməsinə cəlb edilmişdir. İnzibati xəta haqqında 11 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati protokola əsasən işin baxılmasında iştirak etmiş rəsmi nümayəndəsi X9 11 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolla razılaşmayaraq adı çəkilən şəxslərin yəni Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarını, digər sürücü və onun azyaşlı qohumunun X18 Xidmətinə dəvət olunmalarını, işin ətraflı araşdırılmasını xahiş etmiş, lakin nəzərə alınmadığından, bu səbəbdən inzibati xəta haqqında işə baxılıb qərar qəbul edilməsi 19 mart 2020-ci il tarixə təyin edilmişdir. Lakin o, və tərəflər yenidən X18 Xidmətinə dəvət olunmadan, yaranmış ziddiyətlərə aydınlıq gətirlmədən, hətta ona qədər məsuliyyət daşıyacaq şəxslər olan sürücü və xətt rəisi dindirlmədən onun barəsində əsazsız olaraq 19 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqında qərar qəbul edilərək 1.000 (min) manat cərimə təyin edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş X21 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X20 tərəfindən qəbul edilmiş 19 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar və Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsi əsasısnda tərtib edilmiş 11 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibat protokolu ləvğ edilməlidir. Belə ki, o 2-ci qrup Qarabağ əlilidir. İmtiyazlı insan olsa da dövlətə yük olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olub insanlara xidmət edirlər. 11 mart 2020-ci il tarixdə X21 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət olunandan sonra bilmişdir ki, 24 yanvar 2020-ci il tarixdə 104 saylı sərnişin avtobusunda sürücü işləyən X1 bacısı qızı ondan xahiş edib ki, hüzür yerinə getdiyindən, yaxınlıqda yaxın qohumları olmadığından bir neçə saatlığa azyaşlı oğlu onun yanında yəni avtobusunda əyləşsin hüzürdən çıxandan sonra gəlib oğlunu götürəcəkdir. Sonradan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları avtobusu yolda saxlayıb sürücyə irad bildirblər ki, sən azyaşlını yanında əyləşdirib sərnişinlərədən pul yığdırırsan. Sürücü polislərə olanları, azyaşlı uşağın onun yaxın qohumu olmasını izah etməsinə baxmayaraq onları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə aparmışlar. Polis idarəsində işi bağlamaq adı ilə onları aldadıb izahat alıblar ki, guya azyaşlı uşaq anasının dayısına kömək edib sərnişinlərdən pul yığıbdır. Hətta sürücü savadsız olduğundan polislərin səmimiyyətinə inanıb onun adından yazılan izahatda nə yazıldığını bilmədən izahatı imzalamışdır. Hətta o, bir sahibkar kimi polisə dəvət edilib məsələ tam hər tərəfli araşdırılmadan səthi toplanmış material əmək müfətşiliyinə göndərilmişdir. X21 Xidmətinin əməkdaşları da onu dəvət etmədən, əlavə araşdırma aparmadan polisin qanunsuz və səthi topaldıqları materialı əsasında barəsində Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsi ilə inzibati protokol tərtib edib qərar qəbul eiblər ki, guya o, 15 yaşına çatmamış azyaşlını əməyə cəlb eləmişdir. Halbuki toplanmış materialda həmin sürücünün izahatında azyaşlı qohumunu işlədib ona nə qədər günəmuzd pul verilməsi, azyaşlının qohumu sürücünün yanında gündəlik işləyib nə qədər günəmuzd pul alması, onun bir sahibkar kimi azyaşlı uşağı məcburi əməyə cəlb etməyi fakları öz əksini tapmamışdır. Etibarnamə əsasında nümayəndəsi X4 X21 Xidmətinə rəsmi şikayət ərizəsi ilə müraciət etməsinə baxmayaraq fakt üzrə şahid izahatları, video görüntülər, fotoşəkillər və faktı təsdiq edə biləcək digər əsas və dəlilər olmadan, sadəcə polisin aldatma yolu ilə aldığı səthi izahatlar əsasında X21 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi barəsində yüskək məbləğdə 1.000 (min) manat cəimə tətbiq etmişdir. Nə vaxtdan azyaşlı uşağın avtobus sürücü işləyən yaxın qohumunun yanında əyləşməsi qanun pozuntusudur. Eyni zamanda polislərin qanunsuz hərəkətləri, sahibkarlıq fəaliyyətinə maneçilik törətdikləri, süründüməçiliyə yol verdikləri barədə 24 yanvar 2020-ci tarixdə topladıqları material barədə 19 mart 2020-ci tarixdə X30 cənab Vilayət Eyvazova da müraciət etmişdir. Sonda N.Ə.Qəhrəmanov Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X20 tərəfindən qəbul edilmiş 19 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X22 məhkəmədə göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 fevral 2007-ci il tarixli, 20 saylı və 02 sentyabr 2009-cu il tarixli, 509 saylı göstərişlərinə və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 2020-ci il tarixli “Tədbirlər Planına” əsasən Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin İC.TŞ-nin YYÇ-la PİTB-nin əməkdaşları 24 yanvar 2020-ci il tarixdə, saat 13:00 radələrində azyaşlıların və yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsinə mənfi təsir göstərən faktların aradan qaldırılmasında, habelə uşaq baxımsızlığı-uşaq problemləri məsələlərinin, uşaqlar arasında hüquqa zidd əməllərin qarşısının alınmasında qabaqlayıcı profilaktiki tədbirlərin görülməsi və yetkinlik yaşına çatmayanların əməyinin istismar edilməsi hallarının qarşısının alınması məqsədi ilə rayon ərazisində reyd keçirilmişdir. Həmin reyd zamanı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkətdə olan 104 saylı marşurutda 26 mart 2009-cu il təvəllüdlü X8 pul yığan kimi əməyə cəlb edildiyi polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Buna görə də 15 yaşına çatmamış şəxsi işə götürülməsinə görə toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin müfəttişi R.M.Tağıyev tərəfindən X7 barəsində Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 11 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X11 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 19 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə N.Ə.Qəhrəmanov Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 1.000 manat məbləğində inzibati cərimə olunmuşdur. Sonda A.E.Şabanov qərarın dəyişdirilmədən, şikayətin isə əsassız olduğuna görə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə ünvanladığı 03 fevral 2020-ci il tarixli məktubdan, o cümlədən X2, X8, X5 və X6 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində verdikləri yazılı izahatlarından müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 fevral 2007-ci il tarixli, 20 saylı və 02 sentyabr 2009-cu il tarixli, 509 saylı göstərişlərinə və Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 2020-ci il tarixli “Tədbirlər Planına” əsasən Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin İC.TŞ-nin YYÇ-la PİTB-nin əməkdaşları 24 yanvar 2020-ci il tarixdə, saat 13:00 radələrində azyaşlıların və YYÇ-nin təlim-tərbiyəsinə mənfi təsir göstərən faktların aradan qaldırılmasında, habelə uşaq baxımsızlığı-uşaq problemləri məsələlərinin, uşaqlar arasında hüquqa zidd əməllərin qarşısının alınmasında qabaqlayıcı profilaktiki tədbirlərin görülməsi və YYÇ-nin əməyinin istismar edilməsi hallarının qarşısının alınması məqsədi ilə rayon ərazisində reyd keçirilmişdir. Həmin reyd zamanı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən Həzi Aslanov metrosu istiqamətində hərəkətdə olan 104 saylı marşurutda pul yığan kimi işləyən 26 mart 2009-cu il təvəllüdlü X16 polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən Həzi Aslanov metrosu istiqamətində hərəkətdə olan 104 saylı marşurutda pul yığan işləyən X16 anasının iştirakı ilə yazdığı izahatında qeyd etmişdir ki, o, 2 gündür həmin avtobusda pul yığan işləyir. Həmçinin 104 saylı marşurutun sürücüsü X3 izahat verərək həmin faktı təsdiq etmişdir. Odur ki, 15 yaşına çatmamış şəxsin işə götürülməsinə görə 104 saylı marşurutun sürücüsü 12 mart 1976-cı il təvəllüdlü X3 və həmin avtobusun nəzarətçisi 07 fevral 1970-ci il təvəllüdlü X6 inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış material aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə göndərilmiş, görülmüş tədbir barədə məlumat verilməsi xahiş edilmişdir. Beləliklə işdə olan sübutlarla 26 mart 2009-cu il təvəllüdlü, yəni 15 yaşına çatmamış X8 24 yanvar 2020-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkətdə olan 104 saylı marşurutda pul yığan qismində həmin avtobusun sürücüsü X3 və həmin avtobusun nəzarətçisi X12 tərəfindən cəlb edildiyi müəyyən edildiyi və sonuncuların inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış material aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə göndərildiyi halda, 11 mart 2020-ci il tarixdə N.Ə.Qəhrəmanovun barəsində Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X20 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 19 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla N.Ə.Qəhrəmanov Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1.000 manat məbləğində inzibati cərimə olunmuşdur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Lakin, 19 mart 2020-ci il tarixdə inzibati xəta haqqında işə baxarkən, N.Ə.Qəhrəmanovun əməlində inzibati xətanın olmamasına və işin düzgün həlli üçün əhəmiyyətli olan məlumatlara malik olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X20 qanunvericiliyin yuxarıda qeyd tələblərinə əsasən sübutları obyektiv surətdə qiymətləndirmək və inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul etmək əvəzinə hər hansı bir əsas olmadan, N.Ə.Qəhrəmanovun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göründüyü kimi X7 əməlində inzibati xəta tərkibi olmadığı halda onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, X7 əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X20 tərəfindən qəbul edilmiş 19 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X7 şikayəti təmin edilsin. X7 Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X20 tərəfindən qəbul edilmiş 19 mart 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X15 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar