Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-162/2020 18.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Resbublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokolu üzrə işə açıq məhkəmə iclasında baxaraq Müəyyən Etdi: Məhkəmənin icraatınaxx.xx.2020-citarixdə Azərbaycan Resbublikasının Mərkəzi Bankının ŞəxsMMC barəsində tərtib etdiyi ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(010)-162/2020 saylı qərarına əsasən Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində inzibati xətanın obyekti olmuş 1.119.040 (bir milyon yüz on doqquz min qırx) Rusiya rublu 42 (qırx iki) qəpik vəsaitin 20 (iyirmi) faizi miqdarında, 223.808 (iki yüz iyirmi üç min səkkiz yüz səkkiz) Rusiya rublu məbləğində (ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə) cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs MMC həmin qərarla razılaşmayaraq Suraxanı rayon məhkəməsinin xx.xx.2020ci il tarixli 3(010)-162/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən şikayətə baxılması üçün 3(010)- 162/2020 saylı iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1557/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs MMC-nin direktoru X2 apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Şəxs MMC MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş 1.119.040 (bir milyon yüz on doqquz min qırx) Rusiya rublu 42 (qırx iki) qəpik vəsaitin 20 (iyirmi) faizi miqdarında, 223.808 (iki yüz iyirmi üç min səkkiz yüz səkkiz) Rusiya rublu məbləğində (ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə) cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, 3(010)-162/2020 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati material rayon məhkəməsinə xx.xx.2020-ci il tarixində qaytarılmış və məhkəmə tərəfindən işin yenidən baxışı xx.xx.2020-ci il tarixinə saat 11:30-a təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə və Azərbaycan Resbublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə görə hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin və inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «Şəxs” MMC tərəfindən İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi müəyyən edilmədiyindən, həmin təşkilat barəsində İXMnin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan “Günay Bank” açıq səhmdar cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli köçürmə ərizəsindən görünür ki,Şəxs xx xxxxxx 2019-cu il tarixdə 1.119.040 Rusiya rublu 42 qəpik məbləğində vəsaiti ödəniş tapşırığına əsasən “Günay Bank” açıq səhmdar cəmiyyətində olan hesabından “OOO Ved Konsaltinq” açıq səhmdar cəmiyyətinin hesabına qabaqcadan ödəniş etməklə köçürmüşdür. Həmçinin iş materiallarında olan “Günay Bank” açıq səhmdar cəmiyyətinin Maliyyə X1 ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Şəxs tərəfindən xx xxxxxx 2019-cu il tarixdə 1.119.040 Rusiya rublu 42 qəpik məbləğində vəsait qabaqcadan ödəniş edilmiş, lakin 270 gün tamam olmasına baxmayaraq həmin vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikası Mərkəzi X4 xx xxxxxx 2016-cı il tarixli, 45/1 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3 bəndinə və 4.3.1.3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə X1 təqdim edir. Məhkəmə qeyd edir ki, hazırda Azərbaycan Respublikası Mərkəzi X4 xx xxxxxx 2020-ci il tarixli, 06/1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın 4.3.1.3-cü bəndinə dəyişiklik edilmiş və həmin dəyişikliyə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Göründüyü kimi, hazırki halda Azərbaycan Respublikası Mərkəzi X4 xx xxxxxx 2020ci il tarixli, 06/1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın 4.3.1.3-cü bəndinə əsasən 270 gün müddət 2 il müddət ilə əvəz edilmişdir və bu müddət də başa çatmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs «Şəxs” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. AR İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-cimaddəsinəəsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Odur ki, məhkəmə iş materiallarını araşdırıb, işin bütün hallarının məcmusuna ətraflı baxıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "Şəxs” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 53, 114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: «Şəxs” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmadığından,həmin təşkilat barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-162/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-162/2020
18.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver