Məhkəmə qərarları › İş №3(010)-1620/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1620/2020

20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1620/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, X1, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2W1UT3U, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 37/10 nömrəli evdə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru Qədirov Əlizamin Hakim oğlu tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru Qədirov Əlizamin Hakim oğlunun qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla A.N.Mahmudov Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə X1 barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 şikayətini müdafiə edərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 12:28-də idarə etdiyi “Mercedes Benz C200 CDİ” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, soyadını, adını və atasının adını sonradan bildiyi Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru Qədirov Əlizamin Hakim oğlu tərəfindən saxlanılmış və sonuncu hər hansı bir əsas olmadan onun tibbi maskadan istifadə etmədiyini əsas gətirərək barəsində inzibati protokol tərtib etmiş və həmin protokol əsasında qəbul edilmiş qərarla inzibati cərimə olunmuşdur. Sonda A.N.Mahmudov Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru Qədirov Əlizamin Hakim oğlu tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1 və 115.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru Qədirov Əlizamin Hakim oğlu tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarda isə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 fərdi identifikasiya nömrəsi göstərilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 115.1 və 115.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar da göstərilir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin dispozisiyasından görünür ki, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD- 19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) istifadə edilməlidir. Lakin Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru Qədirov Əlizamin Hakim oğlu tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın isə təsviri hissəsi boş saxlanılmış, bununla da işə baxılarkən müəyyən edilmiş hallar, yəni fərdi nəqliyyat vasitəsində hərəkətdə olan X1 fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hansı tələbləri pozduğu göstərilməmiş, sadəcə olaraq X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Buna görə də şikayətə məhkəmədə baxıldığı zaman mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardan X1 əməlində inzibati xəta tərkibinin əlamətlərinin konkret olaraq nədə ifadə olunduğunu müəyyən etmək qeyri-mümkündür. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru Qədirov Əlizamin Hakim oğlu tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru Qədirov Əlizamin Hakim oğlu tərəfindən qəbul edilmiş xx xxxxxx 2020ci il tarixli, TP seriyalı, ******* nömrəli nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru Qədirov Əlizamin Hakim oğlu tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar