Məhkəmə qərarları › İş №3(010)-1623/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1623/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1623/2023 01.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun nümayəndəsi X4 və inzibati xəta haqqında iş üzrə qərarından psotest verilmiş vəzifəli şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X19 polis kapitanı X5 iştirakı ilə, X6, 03 iyun 1996-cı ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 1BJLQ5L, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X19 polis kapitanı X8 tərəfindən qəbul edilmiş 07 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Bakı şəhəri Suraxanı rayon X11 protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 06 sentyabr 2022-ci il tarixdə X6 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X19 polis kapitanı X8 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 07 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X10 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Suraxanı rayon X12 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X19 polis kapitanı X8 tərəfindən qəbul edilmiş 07 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və baş vermiş yolnəqliyyat hadisəsi üzrə əlavə araşdırmanın aparılması barədə prostest ilə məhkəməyə müraciət etmişdir. Prostest onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X19 yol-nəqliyyat hadisəsi üzrə baş inspektoru, polis kapitanı İntiqam Mikayılovun 07 sentyabr 2022-ci il tarixli qərarı ilə X10 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X20 toplanmış inzibati xəta haqqında iş üzrə icraal materialı prokuror nəzarəti qaydasında tələb edilərək öyrənilmiş və müəyyən edilmişdir ki, inzibati iş üzrə icraat zamanı tam və hərtərəfli araşdırma aparılmadan, qanunsuz və əsassız olaraq Şəfəq Fətullayevanın inzibati tənbeh edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Şəfəq Fətullayevanın yolnəqliyyat hadisəsini törətməkdə təqsirli olmasını təsdiq edən mötəbər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təqsirsizlik prezumpsiyası prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xəta haqqında iş üzrə icraat materialına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Şəfəq Fətullayevamı idarə etdiyi “Hyundai 120” minik markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil yol ayrıcında sola dönərkən sol tərəfdən hərəkət edən “Qaz 2410” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, yol ayrıcında keçid ardıcıllığı svetoforla tənzimlənir. Belə ki, yol ayrıcında svetofor quraşdırılmışdır. Şəfəq Fətullayeva inzibati məsuliyyətə yanlız materiala əlavə edilmiş yolnəqliyyat hadisəsinin sxemi və alınmış izahatlar əsasında cəlb edilmiş, həmin izahatlar da olduqca səthi olmuş, sürücülərin izahatları alınarkən yol ayrıcında quraşdırılmış svetoforun həmin vaxt işlək vəziyyətdə olub-olmaması, svetofora əsasən yol ayrıcını keçid üstünlüyünün hansı avtomobildə olması müəyyən edilməmişdir. Materiala əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Qaz 2410“ markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü özünün hərəkət etdiyi zolaqdan əks hərəkət zolağına çıxmış və həmin vaxt sola dönmə manevrini həyata keçirən “Hyundai 120” markalı avtomobillə toqquşmuşdur. İnzibati-xəta haqqında iş üzrə icraat zamanı “Qaz 2410” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol ayrıcında əks hərəkət zolağına çıxmasına hüquqi qiymət verilməmişdir. Bundan başqa inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli şəxs tərəfindən hadisə baş verən ərazidə quraşdırılmış kameraların olub-olmaması müəyyən edilməmiş, müsbət halda hadisəyə dair videogörüntülərə baxış keçirilməmişdir. Azərbaycan Respublikası İXM-in 102.1-ci maddəsinə əsasən yol-hərəkət qaydaları əleyhinə inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X19 əməkdaşı inzibati xətanı aşkar etdikdən sonra inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad qəbul etməli olduğu halda bu barədə qərardad qəbul edilməmiş, yalnız araşdırmanın sonunda təqsirli şəxsə inzibati tənbeh verilməsi barədə qərar qəbul edilmişdir. Bu, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin tələblərinin kobud pozuntusudur. Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinə əsasən prokuror səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə protest verə bilər. Bakı şəhər Suraxanı Rayon Prokurorluğunun nümayəndəsi X9 məhkəmədə bildirdi ki, inzibati icraat pozuntularla aparılmışdır. Belə ki, yol nəqliyyat hadisəsinin sxemi düzgün tərtib edilməmiş və araşdırma düzgün aparılmamışdır. X2 göstərilənləri nəzərə alaraq, protestin təmin edilməsini, X6 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X19 polis kapitanı X8 tərəfindən qəbul edilmiş 07 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və baş vermiş yol-nəqliyyat hadisəsi üzrə əlavə araşdırmanın aparılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə qərarından psotest verilmiş vəzifəli şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X19 polis kapitanı X8 məhkəmədə göstədi ki, inzibati xəta haqqında protokolu və inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. X1 təqsiri səbəbindən baş vermişdir. Buna görə də, X10 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərarla cərimə olunmuşdur. X3 göstərilənlərə əsasən protestin təmin olunmamasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, Bakı şəhər Suraxanı Rayon Prokurorluğunun nümayəndəsini və inzibati xəta haqqında iş üzrə qərarından psotest verilmiş vəzifəli şəxsi dinləyərək, məhkəmə hesab edir ki, prostest təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Hyundai 120” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil yol ayrıcında sola dönərkən sol tərəfdən hərəkət edən “Qaz 2410“ markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü özünün hərəkət etdiyi zolaqdan əks hərəkət zolağına çıxmış və həmin vaxt sola dönmə manevrini həyata keçirən “Hyundai 120” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, yol ayrıcında keçid ardıcıllığı svetoforla tənzimlənir. Beləliklə, məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon X11 protesti inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə, qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, 06 sentyabr 2022-ci il tarixdə, saat 10:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində X6 idarə etdiyi “Hyundai 120” minik markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Vidadi Əhmədovun idarə etdiyi “Qaz 2410“ markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində “Hyundai 120” minik markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil sol yan hissəsi əzilmiş, “Qaz 2410“ markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi zədələnmişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yol ayrıcında keçid ardıcıllığı svetoforla tənzimləsə də, inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli şəxs tərəfindən yol ayrıcında quraşdırılmış svetoforun həmin vaxt işlək vəziyyətdə olub-olmaması, svetofora əsasən yol ayrıcını keçid üstünlüyünün hansı avtomobildə olması müəyyən edilməmiş, hadisə baş verən ərazidə quraşdırılmış kameraların olub-olmaması müəyyən edilməmiş, müsbət halda hadisəyə dair videogörüntülərə baxış keçirilməmiş və“Qaz 2410” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol ayrıcında əks hərəkət zolağına çıxmasına hüquqi qiymət verilmədən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X19 polis kapitanı X8 tərəfindən 06 sentyabr 2022-ci il tarixdə X6 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və həmin inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında 07 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X10 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Həmin məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X19 polis kapitanı X8, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi hər cür faktik məlumatları, yəni iş üzrə sübutları, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli olduğu halda, sadəcə olaraq yol-nəqliyyat hadisəsinin sxemi və alınmış izahatları əsas götürərək, X7 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən şəxs barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə olan halda məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X10 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İXM-in 102.1-ci maddəsinə əsasən yol-hərəkət qaydaları əleyhinə inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X6 barəsində qəbul edilmiş 07 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmiş, həmçinin, iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş şəxs, inzibati xətanın törədilməsində təqsirin hansı nəqliyyat vasitəsinin sürücüsündə olması kifayət qədər araşdırılmamış, “Yol hərəkəti haqqında” Qanunun hansı maddəsinin pozulması göstərilməmiş və X6 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmişdir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və yolnəqliyyat hadisəsinin baş verdiyi yol ayrıcında quraşdırılmış svetoforun həmin vaxt işlək vəziyyətdə olub-olmaması, svetofora əsasən yol ayrıcını keçid üstünlüyünün hansı avtomobildə olması, hadisə baş verən ərazidə quraşdırılmış kameraların olub-olmaması müəyyən edilməli, müsbət halda hadisəyə dair videogörüntülərə baxış keçirilməli, həmçinin, “Qaz 2410” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol ayrıcında əks hərəkət zolağına çıxmasına hüquqi qiymət verilməklə, yenidən əsaslı qərar qəbul edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X19 polis kapitanı X8 tərəfindən qəbul edilmiş 07 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X21 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhəri Suraxanı rayon X11 protesti təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X19 polis kapitanı X8 tərəfindən qəbul edilmiş 07 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X21 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar