Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1626/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Şəxs, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, himayəsində bir azyaşlı uşağı olan, heç bir yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi, 16 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Cəlilabad rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(073)-1177/2014 nömrəli və xx xxxxxx 2018-ci il tarixli, 2(073)-3085/2018 nömrəli qətnamələrinə dair icra vərəqələri üzrə yaranmış 3.570 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Cəlilabad rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(073)-1177/2014 nömrəli qətnaməsinə əsasən ondan hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi tutularaq xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 ödənilməlidir. Sonradan isə Cəlilabad rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(073)-3085/2018 nömrəli qətnaməsinə əsasən ondan xx xxxxxx 2018-ci il tarixdən başlayaraq, hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 ödənilməsi müəyyən edilmişdir. Cəlilabad rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(073)-1177/2014 nömrəli qətnaməsindən ümumiyyətlə məlumatı olmamışdır. Həmin icra sənədindən xx xxxxxx 2019-cu il tarixdə icra məmurunun çaöırışı ilə icra şpbəsində olarkən məlumatı olmuş və həmin vaxt icra məmuru xx xxxxxxxx 2014cü ildən xx xxxxxx 2018-ci il tarixədək yaranmış aliment borcunun birdəfəlik ödənilməsini tələb etdikdə sonuncuya maddi imkanı ilə əlaqədar həmin borc məbləğini birdəfəlik ödəmək iqtidarında olmadığını, habelə həmin icra sənədinindən məlumatsız olduğunu bildirmişdir. Cəlilabad rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(073)-3085/2018 nömrəli icra sənədini isə yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlə əlaqədar olaraq 6 aydan çox yataq xəstəsi olduğuna görə icra edə bilməmişdir. O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmamışdır, sadəcə olaraq yuxarıda qeyd etdiyi səbəblərdən onun aliment borcu yaranmışdır. Bununla belə xx xxxxxx 2020-ci il tarixdə icra sənədləri üzrə yaranmış aliment borcundan tələbkara 510 manat ödəniş etmişdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X5 məhkəmədə bildirdi ki, icra sənədləri Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərarlar və bildirişlər borclunun yaşadığı ünvana göndərilmiş və könüllü icra üçün borcluya 10 gün müddətinə vaxt verilmişdir. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədlərini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Bundan əlavə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu icra sənədi üzrə yaranmış aliment borcunu ödəmədiyinə görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 gün müddətinə inzibati həbs olunmuşdur. Borclu bundan sonra da icra sənədlərinin icrasından yayınaraq, aliment borcunu ödəməməişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilənədək borclunun 3.570 manat aliment borcu yaranmışdır. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədləri üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Borclu yalnız barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman icra sənədi üzrə 510 manat ödəniş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(073)-1177/2014 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi tutularaq xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxxxx 2014-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Cəlilabad rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(073)-1177/2014 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(073)-3085/2018 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs xx xxxxxx 2018-ci il tarixdən başlayaraq, hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxxxx 2018-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Cəlilabad rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(073)-3085/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, borclu Şəxs icra sənədləri üzrə yaranmış aliment borcundan tələbkar X1 510 manat ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Cəlilabad rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(073)-1177/2014 nömrəli və xx xxxxxx 2018-ci il tarixli, 2(073)-3085/2018 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə tələbkar X1 aliment borcundan 510 manat ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Şəxs icra sənədləri üzrə borcundan ödənişlər etdiyi, bununla da icra sənədlərinin icrası üçün real hərəkətlər etdiyi halda, onun əməlinin sözügedən icra sənədlərinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Cəlilabad rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(073)-1177/2014 nömrəli və xx xxxxxx 2018-ci il tarixli, 2(073)-3085/2018 nömrəli qətnamələrinə dair icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1626/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1626/2020
25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver