Məhkəmə qərarları › İş №3(010)-1636/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1636/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1636/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 18 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından şikayət verilməsi müddətinin bərpasına dair X1 vəsatətinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 18 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 3.500 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. Şikayətə müvafiq prosessual müddətin bərpa olunmasına dair vəsatət əlavə edilib. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Suraxanı Rayon Məhkəməsinin 3(010)-976/2021 nömrəli iş üzrə 30 avqust 2021-ci il tarixli qərardadından görünür ki, X2 eyni qərarla bağlı daha əvvəl də məhkəməyə şikayət vermiş, lakin sonradan ərizə təqdim edərək şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə X1 həmin ərizəsini təmin edərək şikayəti geri qaytarmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin qərarının qəbul edildiyi vaxtan 06 aydan çox, Suraxanı Rayon Məhkəməsinin qərardadının qəbul edildiyi vaxtdan isə 03 aya yaxın vaxt keçib. Göründüyü kimi, şikayət qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında nəzərdə tutulan prosessual müddət buraxıldıqdan sonra verilib. Vəsatətlə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 130.2 və 130.3-cü maddələrinə əsasən «Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir», «Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir». Vəsatəti nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 18 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından şikayət verilməsi müddətinin buraxılmasının üzrlü sayılması üçün əsas yoxdur. Odur ki, vəsatət rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 18 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından şikayət verilməsi müddətinin bərpasına dair vəsatəti rədd edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 18 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğvinə dair X1 şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar