Məhkəmə qərarları › İş №3(010)-1637/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1637/2021

26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1637/2021 26.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Balakən rayonunun Tülü kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 02.09.2021-ci il tarixdə X2 məxsus “Kia Sportage” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobildən 100 avro, 1000 rus rublu və 185 manat mələğində pulu oğurlamış və hadisə nəticəsində X2 410 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, 02 sentyabr 2021-ci il tarixdə avtoyuma məntəqəsində işləyərkən, daimi müştərisi olan X3 “Kia Sportage” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilini avtoyuma məntəqəsinə gətirmişdir. O, avtomobilin içərisini təmizləyərkən, orada pul görmüşdür. Ona pul lazım olduğu üçün həmin pulları götürmüşdür. Sonra “Kia Sportage” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 təhvil verərək, həmin avtoyuma məntəqəsini tərk etmişdir. O, sonrada pulları sayarkən həmin pulların 100 avro, 1000 rus rublu və 185 manat olduğunu görmüşdür. Bundan sonra xəstəxanaya gedərək, uşağını xəstəxanadan çıxartmış və rayona getmişdir. Əməlindən peşmandır və bir daha oğurluq etməyəcəyinə dair məhkəmə qarşısında öhdəlik götürür. Barəsində həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin 32-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Əli İskəndərovun 12.09.2021-ci il tarixli qərarı ilə X1 şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan 25.11.2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs 25.11.2021-ci il tarixdə saat 20:20-də inzibati qaydada tutulmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokolla sübuta yetir. Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşimançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 160 (yüz yaltmış saat) ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar