Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1639/2020 15.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı Mahmudov Ruslan Elxan oğlunun katibliyi, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsi tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci ildə saat 21:30 radələrində Bakı şəhəri, Hövsan qəsəbəsi Dənizkənarı küçəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilmişdir. Qeyd edir ki, o işdən digər iş yoldaşı ilə evə qayıdarkən komendant rejimi ilə bağlı polis əməkdaşları onları saxlamış və bu zaman aralarında mübahisə yaranmışdır. O işlə bağlı problem yarandığından əsəbi vəziyyətdə olmuş və buna görə də polis əməkdaşlarının göstərişlərinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə təxminən saat 21:30 radələrində komendant rejimi ilə əlaqədar ərazidə xidmət apararkən iki nəfər vətəndaş komendant rejimini pozmuş və tərəflərindən saxlanıldıqda onlara qarşıtabesizlik göstərərək şəxsiyyət vəsiqəsi təqdim etməmiş və öz şəxsiyyətlərini gizlətməyə cəhd göstərmişlər. Həmin şəxslər ətrafdakıların diqqətini cəlb etmək məqsədilə səs-küy salmağa və polis əməkdaşlarını hədələməyə başlamışlar, polis əməkdaşlarının onu intizama dəvət etdiklərinə baxmayaraq onların ictimai qaydaya riayət etməli və qanunsuz hərəkətlərini dayandırmalı olduğuna dair qanuni tələbinə qəsdən tabe olmamışlar. Sonradan həmin vətəndaşları 30-cu PŞ-nə gətirmişlər və məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Suraxanı rayonu Hövsan qəsəbəsi, Parnik küçəsi 3/1-də qeydiyyatda olan Şəxs və xx.xx.1989-cu ildə Naxçıvan MR-da anadan olmuş, Xətai rayonu G.Mehmandarov küçəsi ev 70 mənzil 5-də qeydiyyatda olan X1r. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi mövcuddur və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal yuxarıda göstərilən ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Həmin Məcəllənin 31.4.-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli xx.xx.2020-ci il saat 22:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №3(010)-1639/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1639/2020
15.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver