Məhkəmə qərarları › İş №3(010)-1640/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1640/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1640/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı rayon məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və digər sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına xx.xx.2020-ci tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci Polis BölməsindənŞəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsitərəfindən tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. xx.xx.2020-ci il tarixli MN ******* saylı protokolda göstərilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu ərazisində hərbi vəziyyət rejiminin tələblərini pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hesab edirəm ki, hazırki iş üzrə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyati üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasan hesab edirəm ki, inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı rayon məhkəməsində baxılmalı deyil və material baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsini rəhbər tuturaq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati material və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilsin. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar