Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1642/2025 29.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Əliyev Samir İmamverdi oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 04 aprel 2025-ci il tarixli məktubu ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib edilmiş 24 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. 24 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 24 fevral 2025-ci il tarixdə saat 09:15 radələrində icazəsiz rejim sularına daxil olması müəyyən olunmuşdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 24 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 571-ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin və nümayəndələrinin iştirakını təmin etməmələrinin səbəbini və ya mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati material üzrə toplanmış sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 07:30-dan, saat 18:00-dək 17-ci sahil nəzarəti bölməsinin xidməti ərazisinin 40-cı yanalma körpüsündə “ÜVR” sərhəd naryadının başçısı 17-ci SNBnin nəzarətçisi miçman X1 və naryad üzvü baş miçman X2 ilə birlikdə xidmət təşkil olunmuşdur. Saat 09:15 radələrində 40-cı yanalma körpüsündə üzmə vasitlərinin mövcudluğu yoxlanılarkən HÖ-17222 bort nömrəli, rezin tipli üzmə vasitəsinin yanalma körpüsündə olmaması sərhəd naryadları tərəfindən aşkar olunmuşdur. Saat 10:00 radələrində üzmə vasitəsi sahilə yanaldıqda sərhəd naryadları tərəfindən saxlanılmış və üzmə vasitəsinə baxış keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, HÖ-17222 bort nömrəli rezin tipli, Tohatsu-9.90 mühərrikli üzmə vasitəsində ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1968-ci il təvəllüdlü Şəxsdur. Vətəndaş Şəxs su sərhəd rejim qaydalarını pozaraq icazəsiz rejim sularına daxil olduğuna görə qanunla müəyyən olunmuş qaydaları pozduqları izah olunmuş və saat 10:15-də 17-ci SNB-nə dəvət olunmuşdur. Belə ki, su sərhədboyu rejim qaydalarını pozduqlarına görə saxlanılaraq saat 11:30-da inzibati qaydada sənədləşdirilmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 09:15 radələrində HÖ-17222 40-cı yanalma körpüsündə qeydiyyatda olan, Merkuri 9.9 mühərriklə təchiz olunmuş rezin tipli qayıqla icazəsiz rejim sularına daxil olmuşdur. Saat 10:00 radələrində sərhədçilər tərəfindən saxlanılaraq ona və qayığa baxış keçirilmiş, saat 10:15-də onu Hövsan SNB-nə dəvət etmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, iş materiallarında olan izahatlar və başqa sübut növləri ilə kifayət qədər təsdiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi - inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 571-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati xətanın predmeti olmuş 01 ədəd “HÖ- 17222” bort nömrəli, “Rezin” tipli, “Tohatsu-9.90” mühərrikli üzmə vasitəsi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, inzibati xətanın predmeti olmuş 01 ədəd “HÖ-17222” bort nömrəli, “Rezin” tipli, “Tohatsu-9.90” mühərrikli üzmə vasitəsi müsadirə edilməklə, barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(010)-1642/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1642/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver