Məhkəmə qərarları › İş №3(010)-1648/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1648/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1648/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elxan Məmmədovun, X1, Borclu Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)- 2447/2013 saylı məhkəmə əmrinə əsasən, borclu Şəxs “xxxxxxxxxxxx” ASC-nin xeyrinə (dolların ödənəcək gün üçün manat olan məzənnə ilə) 1807,33ABŞ dolları əsas, 424,14 ABŞ dolları faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Həmçinin, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 737/2018 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçı X2 xeyrinə hər ay 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqələrinin icrasından yayınmışdır. Hal-hazırda borclunun 1212 ABŞ dolları məbləğində ödənilməmiş kredit borcu, 8232 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)-2447/2013 saylı məhkəmə əmrinə əsasən, ondan “xxxxxxxxxxxx” ASC-nin xeyrinə (dolların ödənəcək gün üçün manat olan məzənnə ilə) 1807,33ABŞ dolları əsas, 424,14 ABŞ dolları faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tuutlması əmr edilmişdir. Həmçinin, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-737/2018 saylı icra vərəqəsinə əsasən ondan xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X2 xeyrinə hər ay 136 manat olmaqla cəmi 272 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Hal-hazırda onun 1212 ABŞ dolları məbləğində ödənilməmiş kredit borcu, 8232 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Maddi vəziyyəti qənaətbəxş olmadığından, kredit borcunu və alimenti ödəməmişdir. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Elxan Məmmədov göstərmişdir ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)-2447/2013 saylı məhkəmə əmrinə əsasən borclu Şəxs “xxxxxxxxxxxx” ASC-nin xeyrinə (dolların ödənəcək gün üçün manat olan məzənnə ilə) 1807,33 ABŞ dolları əsas, 424,14 ABŞ dolları faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Həmçinin, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-737/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X2 xeyrinə hər ay 136 manat olmaqla cəmi 272 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqələrinin icrasından yayınmışdır. Hal-hazırda borclunun 1212 ABŞ dolları məbləğində ödənilməmiş kredit borcu, 8232 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra və probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, borclu Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)- 2447/2013 saylı məhkəmə əmrinin və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-737/2018 saylı qətnaməsinin icrasından boyun qaçırmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı iə»də (xx xxxx 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini ««xxxxxxxxxx» MMC Rusiya Federasiyasına qarşı» işdə (xx xxxx 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxxxxxxxx» ASC Rusiya Federasiyasma qarşı" (xx xxxx 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il saat 16:45-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar