Məhkəmə qərarları › İş №3(010)-165/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-165/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-165/2021 01.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci ildə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2021-ci ildə qəbul olunmuş TP seriyalı ******* nömrəli qərarla X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci ildə Suraxanı rayon DYPŞ-nin əməkdaşı tərəfindən yoxlanılarkən bütün zəruri sənədləri polis əməkdaşına təqdim etdiyinə baxmayaraq polis əməkdaşı həmin sənədləri düzgün araşdırmamış və ona qanunsuz olaraq cərimə yazmışdır. Əslində isə heç bir inzibati xəta törətməyib. Belə ki, həmin gün lazımi qaydada icazə alaraq xəstəxanaya getmiş, lakin xəstəxanada növbə çox olduğundan gözləməli olmuş və icazəsinin vaxtı bitmişdir. Buna görə ona həkim tərəfindən arayış verilmişdir. Həmin arayışı polis əməkdaşına təqdim etsə də, “Koroğlu” dairəsində olarkən polis tərəfindən yoxlandığını desə də, polis əməkdaşı buna məhəl qoymamış və o, həmin yeri tərk etdikdən sonra barəsində qanunsuz olaraq cərimə yazmışdır. Göstərilənlərə əsasən barəsində olan qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq X2 bildirmişdir ki, müvafiq SMS icazəni saat 11-ə işləmiş almışdır. Həkim müayinəsindən keçdiyi Stomatoloji Klinika Bakı şəhəri, Nərimanov rayonunda yerləşir. O, həmçinin bildirir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən 11 nömrəli evin 38-ci mənzilində yaşayır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. «Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020ci il tarixli 488 nömrəli qərarı ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri müəyyən edilmişdir. Həmin Qərarın 2.7-ci bəndinə əsasən «Bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 2.7.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2.7.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir)». X1 elə özü tərəfindən təqdim olunmuş həkim arayışından görünür ki, o “Stardent” Stomatoloji Klinikasında xx xxxxxx 2021-ci il tarixində saat 14:20-dən saat 19:15-dək həkim stomatoloq müayinəsində olmuşdur. Barəsində olan inzibati xəta haqqında protokol isə xx xxxxxx 2021-ci il tarixində saat 22:03-də, yəni həkim arayışında göstərilən vaxtdan (19:15) 2 saat 48 dəqiqə keçdikdən sonra tərtib edilib. Bakı şəhərinin Nərimanov rayonu ilə X1 yaşayış yeri arasındakı məsafəni nəzərə aldıqda görünür ki, o, icazəli olduğu müddəti xeyli buraxdıqdan sonra polis əməkdaşı tərəfindən saxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilməsinə dair Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar