Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1654/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 17963420 nömrəli elektron qərar əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə VAZ 21065 minik markalı, 10CR934 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarını müəyyən edilmiş 03 (üç) ay müddət ərzində ödəməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, barəsində tərtib olunan inzibati protokolda inzibati xətanın xx.xx.2023-cü il tarixdə VAZ 21065 minik markalı, 10CR934 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədildiyi qeyd edilmişdir. Həmin avtomobil onun mülkiyyətində olsa da, uzun müddətdir ki, onun sahibliyində deyil. Belə ki, o avtomobili ilk olaraq qaynına etibarnamə ilə idarə etmək üçün vermiş, sonra qaynı avtomobili öz dostuna vermişdir. Halhazırda isə avtomobilin kimdə olması barədə onda məlumat yoxdur. Hətta o, avtomobil başqasının sahibliyində olsa da, bir neçə dəfə cərimə ödəmişdir. Sentyabr ayında polis orqanına ərizə yazaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq dayanacağda saxlanılmasını xahiş etmişdir. O, bu barədə məhkəməyə arayış təqdim edərək barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə materialları nəzərdən keçirib qərara alır ki, həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Şəxs tərəfindən məhkəməyə təqdim olunan Suraxanı Rayon Polis İdarəsi tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Mərkəzi İnformasiya Sisteminə yerləşdirilmiş məlumata əsasən, Şəxs mükiyyətində olan VAZ-21065 markalı, 10CR934 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2016-cı il tarixdən etibarnaməsiz idarə olunur. Həmin nəqliyyat vasitəsinin saxlanılmasına dair Şəxs Baş X2 idarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 16/1-B-123953 saylı müraciəti əsasında DİN BDYPİ-nin Mərkəzi informasiya Sistemində müvafiq qeydlər aparılmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP6092820 saylı inzibati protokol, 10.11 2023-cü il tarixdə VAZ-21065 markalı, 10CR934 dövlət qeydiyyat nişanlı avtomaşın tərəfindən törədilmiş qayda pozuntusu əsasında qeydə alınmış EQ17963420 saylı elektron qərar əsasında tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə VAZ-21065 markalı, 10CR934 dövlət qeydiyyat nişanlı avtomaşını Şəxs idarə etmədiyindən, İXP6092820 saylı inzibatı protokolun ona heç bir aidiyyətinin olmadığı müəyyən edilmişdir. Həmin nəqliyyat vasitəsini idarə edən sürücünün müəyyən edilməsi istiqamətində müvafiq araşdırmalar həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə VAZ-21065 markalı, 10CR934 dövlət qeydiyyat nişanlı avtomaşını Şəxs idarə etmədiyindən, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibatı protokolun ona heç bir aidiyyətinin olmadığı müəyyən edilmişdir. Beləliklə, inzibati xəta haqqında protokol və məhkəməyə təqdim olunmuş sənədlər natamamdır və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs üzərinə düşən sübutetmə vəzifəsini də lazımi qaydada icra etməyib. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon Polis İdarəsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №3(010)-1654/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1654/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver