Məhkəmə qərarları › İş №3(010)-166/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-166/2021

21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-166/2021 21.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxxx 1994-cü ildə Qazax rayonu, Kəmərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “ATEF” şirkətlər qupunda mühafizəçi işləyən, Qazax rayonu, Kəmərli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan 20 – xx xxxxxx 2021-ci il tarixləri üzrə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi tərəfindən təqdim olunmuş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2021-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsi ilə İ.Həmidov küçəsinin kəsişməsində, «Ucuzluq Market»in qarşısında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs xx xxxxxx 2021-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsi ilə İ.Həmidov küçəsinin kəsişməsində, «Ucuzluq Market»in qarşısında olduğu vaxt tibbi maskadan düzgün istifadə etmədiyinə görə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra müvafiq inzibati xətaya yol verdiyini nəzərinə çatdırmış və şəxsiyyətini müəyyən etmək üçün adını bildirməsini xahiş etmişlər. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü təqdim etməkdən imtina edərək səs-küy salmağa başlamış, polis əməkdaşları onu sakitləşdirməyə çalışdıqlarına baxmayaraq, daha da aqressivləşib ətrafdakı insanların diqqətini cəlb etmiş, polis əməkdaşlarını təhqir etmişdir. Polis əməkdaşları qanuni tədbir görmək üçün Şəxs polis bölməsinə dəvət etmiş, sonuncu bu tələbə tabe olmayaraq müqavimət göstərmiş, yəni polis əməkdaşlarına əl-qol atmış, onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən polis əməkdaşları əlavə qüvvə dəvət etmiş və yalnız bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilməsi mümkün olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, həqiqətən tibbi maskadan düzgün istifadə etmədiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmış, lakin tətbiq edilə biləcək cəriməni ödəməyə maddi imkanı olmadığına görə polis əməkdaşının müvafiq tələblərinə tabe olmamış, o cümlədən özünü təqdim etməmişdir. Polis əməkdaşları onun polis bölməsinə dəvət etdikdə isə 2-ci qrup əlil olan atasına zəng etmişdir ki, gəlib onun barəsində cərimə yazılmasına mane olsun. Bir qədər sonra atası gəlmiş və onunla da polis əməkdaşları arasında mübahisə yaranmışdır. Sonradan polis əməkdaşları əlavə qüvvə kimi digər polis əməkdaşlarını çağırmış və onu avtomobilə otuzdurub Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə aparmışlar. Əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi mövcuddur və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması, deməsinə görə atasının 2-ci qrup əlil olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixindən saat 17.50dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar