Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1660/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, X2, xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 36JHS0Y, evli, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, 61Q nömrəli evin 26 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxxx 2020-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Dövlət X5 rəhbəri X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla A.C.Əliyeva vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3.000 manat məbləğində inzibati cərimə olunmuşdur. X6 Azərbaycan Respublikası Dövlət X5 rəhbəri X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan şikayətini xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin dəftərxanasına təqdim etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, X6 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın surəti X4 xx xxxxxxx 2020-ci il tarixdə göndərilmişdir. Barəsində inzibati qərar çıxarılmış vəzifəli şəxs X6 isə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Dövlət X5 rəhbəri X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan şikayət ərizəsini Bakı şəhər Suraxanı rayon Məhkəməsinin dəftərxanasına xx xxxxxx 2020-ci il tarixdə təqdim etmiş, lakin şikayət ərizəsinə həmin qərarın surətinin ona, şikayətlə məhkəməyə müraciət etdiyi tarixdən 10 gün ərzində təqdim edilməsinə dair hər hansı bir sübut əlavə etməmişdir. Bununla da A.C.Əliyeva sözü gedən qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini buraxmaqla şikayət vermişdir. Buna görə də məhkəmə hesab edir ki, A.C.Əliyeva Azərbaycan Respublikası Dövlət X5 rəhbəri X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə onun şikayətinə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma icraat qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Dövlət X5 rəhbəri X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan verdiyi şikayət X1ytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1660/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1660/2020
23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver