Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1667/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı rayon məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və digər sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla bağlı olaraq Şəxs barəsində Bakı şəhər Dövlət X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2020-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında (İXH) protokol tərtib olunmuşdur. Hesab edirəm ki, hazırki iş üzrə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilməlidir. Şəxs barəsində “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan müəyyən olunur ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyati üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasan hesab edirəm ki, inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı rayon məhkəməsində baxılmalı deyil və material baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsini rəhbər tuturaq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati material və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilsin. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1667/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1667/2020
19.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver