Məhkəmə qərarları › İş №3(010)-1667/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1667/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1667/2021 06.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1986-cı il tarixdə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, fərdi əməklə məşğul olan, boşanmış, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış sahəsində nömrəsiz ünvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 27 oktyabr 2021-ci il tarixdə, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış sahəsində aralarında yaranmış mübahisə zamanı X5 qəsdən vuraraq, ona üst dodağın selikli qişasının qansızması və səthi əzilmiş yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, döymüşdür. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X2 17 noyabr 2021-ci il tarixli qərarı ilə X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları qismən təsdiq edərək və inzibati xətanı törətməsində özünü qismən təqsirli bilərək göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış sahəsində yaşayır. Həmin ərazidə təzə aldığı 02 otaqlı evə qaz xətti çəkilsə də, qaz sayğacı quraşdırılmamışdır. Havalar soyuq olduğu üçün evi ona satan Seymur adlı şəxs ona sayğacın 25 gün ərzində quraşdırılacağını, hələlik isə qazdan xortum vasitəsi ilə istifadə etməsini bildirmişdir. 27 oktyabr 2021-ci il tarixdə, səhər saat 11 radələrində tanımadığı şəxs gəlib qazını kəsmişdir. Həmin şəxsdən qazını kəsməsinin səbəbini soruşduqda həmin şəxs ona, qazdan qanunsuz istifadə etdiyini demiş, eyni zamanda onu videoya çəkmişdir. Videonu silmək məqsədilə həmin şəxsin əlindən telefonu almaq istədikdə o, telefonu verməmiş, buna görə də sonuncunu itələmişdir. Sonda Şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışdığını nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 inzibati xətanın törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs yaşadığı evdə qazdan xortum vasitəsilə istifadə etdiyindən ümumilikdə 05 dəfə Şəxs yaşadığı mənzilə getmiş və sonuncunun anasına etirazını bildirmişdir. Sonuncu dəfə Şəxs yaşadığı mənzilə getdikdə, yenə də qazdan xortum vasitəsilə istifadə edildiyinin şahidi olduğuna görə Şəxs iradını bildirmişdir. Eyni zamanda Şəxs qazdan qanunsuz istifadəsinin mobil telefon vasitəsi ilə videosunu çəkmişdir. Bu zaman Şəxs onun üzərinə taxta parçası ilə hüçum etmiş, onu təhqir edərək, taxta parçası ilə onu vurmaq istəmişdir. O, həmin taxta parçasını tutub kənara atdığı zaman Şəxs, yumruqla onun ağız nahiyəsindən vuraraq, ona üst dodağın selikli qişasının qansızması və səthi əzilmiş yarası ilə müşayiət olunan xəsarətlər yetirmişdir. Sonda zərərçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığının nəzərə alınaraq sonuncunun barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X4 bildirdi ki, X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək 27 oktyabr 2021-ci il tarixdə Şəxs onu yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış sahəsində döydüyünü bildirmişdir. Aparılmış araşdırma zamanı Şəxs əməlində cinayət tərkibinin olmadığı müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həll edilməsi üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın icarsı ona həvalə edilmişdir. Bundan sonra o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə məhkəmə inzibati xətanı törətmiş şəxs Şəxs zərərçəkmiş şəxslərlə barışdığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0 və 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xətanı törətmiş şəxs Şəxs zərərçəkmiş şəxslərlə barışdığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar