Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1670/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində X1 iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair X1 materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs xx.xx.2020-ci ildə saat 22:52-də «TOFAŞ» minik markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Yol Polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman məlum olmuşdur ki, sürücü avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən və sərxoş vəziyyətdə idarə edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində X1 iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2020-ci ildə saat 22:52-də «TOFAŞ» minik markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən və sərxoş vəziyyətdə idarə etmişdir. Əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati protokol tərtib etmiş orqana rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan İXP saylı ******* nömrəli, xx.xx.2020-ci il tarixli X1 protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci ildə saat 23:22-də «TOFAŞ» minik markalı, **- NC-*** dövlət qeydiyyat nişanlı avtomobili avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən və sərxoş vəziyyətdə idarə edir. İş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci ildə «TOFAŞ» minik markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Protokolda əks olunmuş Şəxs izahatından görünür ki, o, pivə qəbul etmişdir. Alkotesterin göstəricisi ilə razıdır, həkimə getməyə ehtiyac yoxdur. X1 materiala əlavə edilmiş alkotestr müayinəsi çıxarışından görünür ki, xx.xx.2020-ci ildə Şəxs 4,177 promilli alkoqolun konsentrasiyası müəyyən edilmişdir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli qərarının 2.4-cü bəndinə əsasən “Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Məhkəmə araşdırması zamanı barəsində X1 iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi X1 iş üzrə icraata başlanması üçün əsasdır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan, ona həmin maddələrin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, onun barəsində 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU xx xxxxxx 2020-ci il Bakı şəhəri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin İnzibati Binası, Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində X1 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair X1 materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 10:00-da başlandı. Məhkəmə iclasının katibi bildirir ki, məhkəmə iclasına barəsində X1 iş üzrə icraat aparılan şəxs Şəxs gəlmişdir. Sədrlik edən proses iştirakçısına Azərbaycan Respublikası İXM-nin 107 və 108-ci maddələrinin məzmununu izah edir və bildirir ki, qanun əsaslar olduqda etirazlar verilə bilər. Etiraz verilmədi. Sədrlik edən barəsində X1 iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini müəyyən edir. Barəsində X1 iş üzrə icraat aparılan şəxs: Şəxs- xx.xx.1980-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan. Sədrlik edən barəsində X1 iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquqlarını habelə vəzifələrini izah edir. Sədrlik edənin sualına cavab olaraq barəsində X1 iş üzrə icraat aparılan şəxs Şəxs bildirir ki, hüquqları və vəzifələri ona aydındır. Sədrlik edən Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş olmuş İXP saylı ******* nömrəli, xx.xx.2020-ci il tarixli X1 protokolu elan edir və barəsində X1 iş üzrə icraat aparılan şəxsdən özünü təqsirli bilib-bilmədiyini soruşur. Barəsində X1 iş üzrə icraat aparılan şəxs müvafiq inzibati xətanı törətməkdə özünü təqsirli bilir. Sədrlik edən barəsində X1 iş üzrə icraat aparılan şəxsə izahat verməyi təklif edir. Barəsində X1 iş üzrə icraat aparılan şəxs Şəxs protokol üzrə izahatı: Möhtərəm Hakim! Mən xx.xx.2020-ci ildə saat 22:52-də «TOFAŞ» minik markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən və sərxoş vəziyyətdə idarə etmişəm. Əməlimdən peşmanam. Qeyd olunanlara əsasən barəmdə yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş edirəm. Sədrlik edən iş üzrə toplanmış sənədləri oxuyub elan edir və proses iştirakçısından iş üzrə vəsatətlərininin olub-olmadığını soruşur. Vəsatət olmadı. Sədrlik edən baxılan inzibati iş üzrə məhkəmə araşdırmasının yekunlaşdırılmasına dair proses iştirakçısının fikrini soruşur. Etiraz olunmadı. Sədrlik edən baxılan inzibati iş üzrə məhkəmə araşdırmasının yekunlaşdığını elan edir. Sədrlik edən barəsində X1 iş üzrə icraat aparılan şəxs Şəxs çıxış üçün söz verir. Barəsində X1 iş üzrə icraat aparılan şəxs Şəxs çıxışı: -Möhtərəm hakim! Barəmdə yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş edirəm. Məhkəmə iclası bağlı elan olunur. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №3(010)-1670/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1670/2020
25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver