Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1671/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış X3 iştirakı ilə, X3, 23 may 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4H5YT5D, evli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 10 nömrəli evin 32 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəis müavini X5 tərəfindən qəbul edilmiş 14 iyul 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 13 iyul 2021-ci il tarixdə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəis müavini X4 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 14 iyul 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərarla X6 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə olunmuşdur. X6 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəis müavini X4 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 14 iyul 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərardan şikayətlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X6 göstərdi ki, 13 iyul 2021-ci il tarixində axşam radələrində yaşadığı evin yanında yerləşən aptekə təcili dərman almaq məqsədilə tibbi maskasız daxil olmuşdur. Tibbi maskadan istifadə etmədiyinə görə səhv olaraq İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barəmdə inzibati protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunmuşdur. Bildirir ki, onun barəsində yanlış norma tətbiq edilərək tərtib edilmiş protokoldan 23 iyul 2021-ci il tarixində Daxili işlər Nazirliyinə müraciət etmişdir. Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tərtib edilən protokolun əsaslılığının öyrənilməsi məqsədilə Suraxanı rayon Polis İdarəsinə vəsatətlə müraciət olunduğu ilə bağlı 06 avqust 2021-ci il tarixli elektron məktub göndərilmişdir. Daha sonra isə 23 avqust 2021-ci il tarixdə isə 33-cü Polis Bölməsindən cavab məktubu daxil olmuşdur. Həmin cavab məktubunda müraciətində bildirdiyi məsələlərlə bağlı əsaslandırılmış cavab təqdim edilməmiş, şikayətlə bağlı rayon məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. Bu baxımdan inzibati tənbeh vermə haqqında qərar onagöndərilmədiyindən, 24 avqust 2021-ci il tarixində şəxsən polis bölməsinə yaxınlaşaraq qərarı götürmüşdür. Bildirmək istəyir ki, İXM-in 211.1-ci maddəsinin dispozisiyasında epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejiminin pozulması nəzərdə tutulmuşdur. Tibbi maskadan istifadə qaydasının pozulması ilə bağlı xüsusiləşdirilmiş norma olan İXM-in 211.2-ci maddəsində isə karantin rejimi dövründə fərdi qoruyucu vasitədən istifadə ilə bağlı tələblərin pozulmasından bəhs edilir. Bu vəziyyətdə tərəfindən törədilən inzibati xəta pozuntusu, yəni tibbi maskadan istifadə edilməməsi halı İXM-nin 211.2-ci maddəsinin əhatə dairəsinə daxildir. Bu səbəbdən törədilən əməllə bağlı tətbiq edilən maddənin yalnıs olduğunu, pozuntunun İXM-nin 211.2ci maddəsi ilə tövsif edilməli olduğu halda düzgün tətbiq edilmədiyi üçün qərarın qanunsuz olduğunu hesab edir. X2 qeyd etdiklərini nəzərə alaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəis müavini X5 tərəfindən qəbul edilmiş 14 iyul 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 451 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Həmin Qərarın 2-ci bəndinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göründüyü kimi Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə –fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəməyə gəlməyən qərarından şikayət verilmiş şəxs isə X3 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin hansı tələblərini pozmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. X1 14 iyul 2021-ci il tarixdə məhz ictimai yerdə tibbi maskadan istifadə etməməklə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələblərini yəni, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına dair kifayət qədər əsaslı şübhələr mövcuddur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəis müavini X5 inzibati xəta haqqında işə baxarkən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün mövcud sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli, barəsində inzibati xəta haqqında icraat açılmış şəxsin təqsirli olmasına dair şübhələri onun xeyrinə həll etməli olduğu halda, qeyd edilənlərə əməl etmədən, habelə X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələblərini pozmasına dair hər hansı bir mötəbər sübut olmadan 14 iyul 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə sonuncunu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəis müavini X5 tərəfindən qəbul edilmiş 14 iyul 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəis müavini X5 tərəfindən qəbul edilmiş 14 iyul 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1671/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1671/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver