Məhkəmə qərarları › İş №3(010)-1675/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1675/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1675/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X2, Barəsində inzibati xəta tərtib edilmiş şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsindən daxil olmuş 28 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional Bölməsi tərəfindən çıxarılmış 027 nömrəli “Təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qərarını icra etməmişdir. Şəxs etibarnamə üzrə nümayəndəsi X4 izahatında protokolda göstərilən xüsusatları təsdiq etdiyini, onlara “Təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qərarını icra edilməsi üçün vaxt verilməsini və yaxud şərti qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X5 protokolun məzmununa uyğun izahat vermiş, Şəxs MMC barəsində şərti cərimə tətbiq edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 28 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional Bölməsi tərəfindən çıxarılmış 027 nömrəli “Təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qərarını icra etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş 03 mart 2023-cü il tarixli, 027 saylı “Təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qərara əsasən, AZ-20012522/LAB05-23008-T-008 saylı tədqiq (sınaq) nəticələrinə dair protokola əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən kadmiumun miqdar, normadan artıq olmasına görə məhsul Azərbaycan Respublikasının Qida X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 20 saylı qərarın tələblərinə cavab vermədiyi məlum edilmiş, "Miral” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunmuş 11.2022-ci ii istehsal tarixli, 11.2025-ci il son istifadə tarixli CSF-001 partiya nömrəli '‘X6 (PVT) LTD” şirkətinin istehsalı olan ümumi sayı 2730 olan “X10 №30” adlı bioloji aktiv qida məhsulu partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisi- hüdudlarından kənara çıxarılması təmin edilməsi, bu qərarın 1 -ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyası Agentliyin əməkdaşlarının iştirakı ilə 10 gün ərzində məhv edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən Şəxsnə göndərilmiş 03 mart 2023-cü il tarixli məktubdan görünür ki, ölkəyə idxal olunmuş bioloji aktiv qida məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsi barədə olan 05.01,2023-cü il tarixli İD********** nömrəli müraciəf Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməs baxılmışdır. Məlumat üçün bildirilir ki, idxal olunmuş bioloji aktiv qida məhsulu partiyasın1” sertifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükə İnstitutunda aparılmış ekspertizaları göstərmişdir ki, təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən kadmiumun miqdarı normadan artıq olmasına görə məhsullar Azərbaycan Respublikasının Qida X1 tərəfindən qə edilmiş xx.xx.2020-ci il tarixli 20 saylı qərarın tələblərinə cavab vermir. Yuxanda qeyd olunanları nəzərə alaraq, 11.2022-ci il istehsal tarixli, 11.2025-cı il son istifadə tarixli CSF-001 partiya nömrəli “X7 (PVT) LTD” şirkətinin istehsalı oian ümumi sayı 2730 olan “X11 N930” adlı bioloji aktiv qida məhsulu partiyası barədə qəbul edilmiş “Təhlükəli malların (məhsulların) gömrük ərazisir: hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin 027 nömrəli xx.xx.2023-cü il tarixli qərarı icra olunması göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını, tərəflərin qərarın şərti qəbul edilməsi barədə qarşılıqlı mövqeyini nəzərə alaraq, hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu addələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Şəxs törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün 01 (bir) ay müddət müəyyən edilsin və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimə ödənilməsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəriman Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar