Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1677/2023 18.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 tərtib etdiyi 03 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli 2(001)-2112/2022 nömrəli icra vərəqəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(001)- 4997/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 11 dekabr 2005-ci il təvəllüdlü X5 18 yaşa çatanadək saxlanması üçün Şəxs hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar verilmiş, həmin qərarın surəti və borcun 10 gün müddətində könüllü ödənilməsi ilə bağlı bildiriş borcluya təqdim edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 8(010)-358/2022 nömrəli 14 noyabr 2022-ci il tarixli qərardadı ilə Şəxs məxsus “Qaz 2417” minik markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 8(010)-14/2023 nömrəli 24 yanvar 2023-cü il tarixli qərardadı ilə Şəxs məcburi qaydada Suraxanı rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. Buna görə də o, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Sonradan tələbkarın nümayəndəsi X6 şöbəyə 13 aprel 2023-cü il tarixdə ərizə təqdim edərək tərəflərin arasında qarşılıqlı razılaşmanı nəzərə alaraq icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Odur ki, 17 aprel 2023-cü il tarixli qərarla Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-2112/2022 saylı 11 aprel 2022-ci il tarixli icra sənədi Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı borcunu ödəyə bilməməsinin səbəbini maddi imkansızlığı ilə izah edir. İcra sənədinin icrasından yayınmır. İşə məhkəmədə baxılması zamanı tələbkarla razılığa gəlmişlər. Bu səbəbdən tələbkar Suraxanı rayon İcra Şöbəsinə ərizə təqdim edərək, icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(001)-2112/2022 nömrəli icra vərəqəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(001)-4997/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 11 dekabr 2005-ci il təvəllüdlü X5 18 yaşa çatanadək saxlanması üçün Şəxs hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan tələbkar X3 etibarnamə üzrə nümayəndəsi X1 13 aprel 2023cü il tarixli ərizəsindən görünür ki, tərəflərin arasında əldə olunmuş qarşılıqlı razılaşmanı nəzərə alaraq sözügedən icra sənədinin “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadə tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli 2(001)-2112/2022 nömrəli icra sənədini Binəqədi Rayon Məhkəməsinə qaytarmışdır. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-1677/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1677/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver