Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1678/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə inspektoru X5 iştirakı ilə, xx xxxxxxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsindən daxil olmuş 03 aprel 2023cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə Şəxs narkotik maddələrdən istifadə etdiyi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 02 aprel 2023cü ildə saat 23:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, “Əfsun” Şadlıq Sarayının yaxınlığında dayanan zaman, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olan zaman üzərinə baxış keçirilmiş və o, əynində olan boz rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli siqaret sellofanına bükülmüş büküm qurudulmuş marixuananı təqdim etmişdir. Əməlindən peşman olduğunu bildirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə inspektoru X7 protokolu müdafiə edərək bildirmişdir ki, daxil olmuş məlumata əsasən 02 aprel 2023-cü il tarixdə saat 23:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Əfsun” Şadlıq Sarayının yaxınlığında narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olan, xx xxxxxxxx 2002-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs saxlanılmış və 23:30 radələrində Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçısı X1 03 aprel 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 02 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçısı X2 tərəfindən həmin protokol ona görə tərtib olunmuşdur ki, Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-ci maddələrinin tələblərini rəhbər tutaraq Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin polis sahə inspektoru X3, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin baş əməliyyat müvəkkili X4, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Şəxs iştirakları ilə Azərbaycan Respublikası DİN-nin Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə daxil olmuş məlumat əsasında 02 aprel 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 23:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, Əfsun şadlıq sarayının yaxınlığında saxlanılaraq həmin gün saat 23:30 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş Şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 aprel 2023-cü il tarixli qərara əsasən Suraxanı RPİ-nin 32-ci PB-nin binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2023-cü il tarixli 7/472 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “3)Şəxs...” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-1,072 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Beləliklə, Şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi halı müvafiq rəylə və digər sənədlərlə müəyyən edilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-1678/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1678/2023
03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver