Məhkəmə qərarları › İş №3(010)-1680/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1680/2023

04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1680/2023 04.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X10, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1976-cı ildə Ermənistan SSR, Spitak rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X14 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 04 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Bakı Apelyasiya Məhkəməsinin 12 mart 2009-cu il tarixli, 2(103)-1134/2009 nömrəli icra vərəqəsinə əsasən Şəxs 26 noyabr 2008-ci il tarixdən başlayaraq, uşaqları 02 oktyabr 2003-cü il təvəllüdlü X7 və 22 sentyabr 2005-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün aylıq qazancının 1/3 hissəsi tutularaq Qocayeva (Bayramova) Nailə Həmid qızına verilməsi qət edilmişdir. Bundan başqa Suraxanı Rayon Məhkəməsinin 31 mart 2014-cü il tarixli, 2(010)- 1850/2014 nömrəli icra vərəqəsinə əsasən 02 oktyabr 2003-cü il təvəllüdlü X9 və 22 sentyabr 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 fevral 2014-cü il tarixdən başlayaraq borclu Şəxs Əskər oğlundan bir uşağa görə 103 manat olmaqla, iki uşağa görə hər ay 206 manat sabit pul məbləğində aliment tutularaq X11 verilməsi qət edilmişdir. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X14 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Əlavə olaraq qeyd edir ki, borclu icra sənədlərini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Şəxs Əskər oğlunun aliment borcu bu gün üçün 22.626,00 manatdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. O, hazırda Abadlaşdırma və X3 Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyində bağ fəhləsi işləyir və aylıq 413 manat əmək haqqı alır, o, hər ay 200 manat məbləğində ödəniş etməyə razıdır, lakin icra məmuru tələbi onun əmək haqqısına yönəltmir. Bir daha qeyd edir ki, o, heç vaxt icra məmurunun qanuni tələblərindən yayınmamışdır, bacardığı qədər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmişdir və icra etmək niyyətindədir. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, uşaqları saxlamaqda çətinlik çəkir, özü də heç yerdə işləmir. Aliment borcunun hissə-hissə ödənilməsinə razı deyil. Odur ki, aliment üzrə yığılan borcunun tam olaraq ödənilməsini istəyir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Həmin məsələyə baxaraq məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarından görünür ki, Qocayev X5 və X3 Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyində bağ fəhləsi kimi çalışır və aylır əmək haqqısı 413 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qeyd etmişdir ki, işləyir və əmək haqqı alır. Ona görə də ondan tutulmalı olan məbləğ əmək haqqına yönəldilə bilər. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X14 isə bu halı araşdırmamış və İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində qeyd edilən məcburi tədbirlərinə tam riayət etməmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: -borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; -tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; -icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; -bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Müəyyən olunur ki, borclunun əmək haqqı İcra haqqında Azərbaycan Respublikasının Qanununun 68-ci maddəsində nəzərdə tutulmuş tələbin yönəldilməsinə yol verilməyən pul məbləğinə aid deyildir. Buna baxmayaraq, icra məmuru tərəfindən tələb borclunun əmək haqqına yönəldilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş yeri barədə məlumatı əhəmiyyətli sayır. Belə ki, icra sənədləri üzrə məbləğlərin onun əmək haqqına yönəldilməsi ilə bağlı zəruri tədbirlərin icra məmuru tərəfindən görülübgörülməməsi Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə yekun qərara təsir göstərə bilər. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 04 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Suraxanı rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar