Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1688/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkarın nümayəndəsi X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 xx xxxxxx 2020-ci ildə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Məhkəmə həmin məsələlərə baxaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda «inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti» göstərilməlidir. İnzibati xəta haqqında protokolda törədilmiş inzibati xətanın mahiyyəti kimi aşağıdakılar qeyd olunur: «Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir». Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsində və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsində ifadə olunur. Beləliklə, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti təsvir olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı hansı konkret əməllə törətdiyi (həmin inzibati xətanın tərkibinin obyektiv cəhətdən mövcud olduğu) qısa və konkret formada açıqlanmalı, bu açıqlama əməlin İXM-nin 528.1-ci maddəsi ilə tövsifini əsaslandırmalıdır. xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti kimi göstərilənlər isə inzibati xətanın mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq hərəkətinin (hərəkətsizliyinin) üzrsüz olduğunu açıqlamır, əməlin İXM-nin konkret maddəsi ilə tövsifini əsaslandırmır. Məsələ ilə bağlı məhkəmə həmçinin qeyd edir ki, istər inzibati xəta haqqında protokolda, istərsə də ona əlavə edilmiş sənədlərdə borclunun aliment borcunun konkret olaraq hansı miqdar təşkil etdiyi göstərilmir (məhkəmə işin mahiyyətini nəzərə alaraq hesab edir ki, icra məmurunun müvafiq məbləği dəqiq müəyyənləşdirməklə inzibati xəta haqqında protokolda göstərməsi inzibati xətanın mahiyyətinin İXM-nin tələbinə uyğun formada təsviri, həmçinin əmələ hüquqi qiymət verilməsi baxımından çox əhəmiyyətlidir). Qeyd olunur ki, alimentin miqdarı ilə bağlı məhkəmədə verilmiş suallara icra məmuru ziddiyyətli cavablar vermişdir. Belə ki, icra məmuru ilk olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bu gün üçün aliment borcu 3.440 manat təşkil edir. Sonradan o, aliment borcunun 2.760 manat, daha sonra isə 2.802 manat təşkil etdiyini bildirmiş, lakin göstərilən rəqəmləri təsdiq edə biləcək heç bir mötəbər sübut və hesablama təqdim etməmişdir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru icraatında olan iş üzrə borcun konkret miqdarını müəyyən etməyib. Onun bildirdikləri rəqəmlər isə digər proses iştirakçılarının bildirdiklərinə ziddir. Belə ki, tələbkarın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borc miqdarı ilə bağlı icra məmurunun bildirdiklərinin həqiqətə uyğun olmadığını bildirmişlər. Tələbkarın nümayəndəsi aliment borcunun 4.000 manat təşkil etdiyini bildirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə qeyd edir ki, əslində onun borcu 2.700 manat civarındadır. Göründüyü kimi, xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin 100.1.4-cü maddəsinin tələbləri pozulub. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1688/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1688/2020
23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver