Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1689/2021 20.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, X1, 25 oktyabr 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 482HSPB, evli, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 9 nömrəli evin 11 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Bakı şəhəri Suraxanı rayon prokuroru X3 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 28 sentyabr 2021-ci il tarixli qərardan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon prokuroru X3 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 28 sentyabr 2021-ci il tarixli qərarla X4 barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, inzibati xəta haqqında iş üzrə icraat materialı X1 inzibati məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. X1 Bakı şəhəri Suraxanı rayon prokuroru X3 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 28 sentyabr 2021-ci il tarixli qərardan şikayət verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti və həmin qərarın ləğv edilməsi barədə şikayəti 10 dekabr 2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar çıxarılmış şəxs X4 ərizə ilə müraciət edərək, vəsatətinin, o cümlədən şikayətinin və ona əlavə edilmiş sənədlərin baxılmadan ona qaytarılmasını xahiş etdi. Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar çıxarılmış şəxsi dinləyərək, vəsatəti, o cümlədən şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Suraxanı rayon prokuroru X3 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 28 sentyabr 2021-ci il tarixli qərardan şikayət verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti və həmin qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Məhkəmə hesab edir ki, şikayət vermiş şəxs X4 inzibati xəta haqqında iş üzrə vəsatətinə və şikayətinə baxılmasını istəmədiyinə, qaytarılmasını xahiş etdiyinə görə vəsatətə və şikayətə baxılmasına əsaslar yoxdur, vəsatət, o cümlədən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 xahişi təmin edilsin. Bakı şəhəri Suraxanı rayon prokuroru X3 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 28 sentyabr 2021-ci il tarixli qərardan şikayət verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti və ona əlavə edilmiş, həmin qərardan şikayəti X2 qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1689/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1689/2021
20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver