Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1690/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxx 1961-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci ildə saat 11 radələrində Suraxanı rayon İcra və probasiya şöbəsinə gələrək orada ictimai qaydanı pozmuş, xırda xuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 11 radələrində Suraxanı rayon İcra və probasiya şöbəsinin qarşısından avtomobillə keçərkən arvadı X4 icra məmurları ilə mübahisə etdiyini, sonuncuların ona qarşı kobud davrandıqlarını görmüşdür. Ona görə də avtomobilini dayandırıb yerə enmiş və şöbəyə daxil olduqda orada icra məmurları ilə arasında mübahisə yaranmışdır. Heç bir xuliqanlıq etməyib. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 bildirmişdir ki, X4 oğlu ilə bağlı İcra və probasiya şöbəsində iki icra sənədi var. Həmin sənədlər icra edilməsi üçün borclunun iş yerinə – əmək haqqına yönəldilmiş və hazırda icra olunur. İcra sənədlərinin biri aliment borcu ilə əlaqədardır. xx xxxxxx 2020-ci ildə X6 şöbəyə gələrək hər iki oğlunun hazırda hərbi xidmətdə olduğunu bildirmiş, onların Vətən uğrunda döyüşdüklərini əsas gətirərək icra sənədlərinin icrası ilə bağlı irad bildirməyə başlamışdır. İcra məmurları ona qanunun tələblərini izah etmiş, həmçinin bildirmişlər ki, icra sənədləri üzrə bir daha araşdırma aparıb qanuni tədbirlər görəcəklər. X1 səs-küy salmağa başlamışdır. Şöbənin qarşısında səs-küy salan X6 görüb həmin vaxt şöbənin qarşısından avtomobillə keçən Şəxs avtomobilini dayandırıb şöbəyə gəlmiş, o, da səs-küy salmağa və qanunsuz tələblər irəli sürməyə başlamışdır. O, vəziyyəti sakitləşdirməyə gələn şöbə rəisinə qarşı da kobudluq etmiş həmçinin yumruqla sinəsindən vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd olunan və s. xuliqanlıq hərəkətləri nəticəsində ictimai qayda, o cümlədən şöbənin iş rejimi xeyli müddət ərzində pozulmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Əliyev Rövşən Əlimirzə oğlu və X7 şahid X3 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı, o, özünü təqsirli bilmədiyinə baxmayaraq, şahid ifadələri və iş materialları ilə tam təsdiq olunur. Beləliklə, məhkəmə işin faktik hallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs yaşı, deməsinə görə bir oğlunun ağır xəstəlikdən əziyyət çəkməsi, digər iki oğlunun isə hazırda müddətdən artıq hərbi xidmət keçməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1690/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1690/2020
23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver