Məhkəmə qərarları › İş №3(010)-1691/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1691/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1691/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi tərəfindən təqdim olunmuş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda X1 xx xxxxxxx 2020-ci ildə saat 22.30-da Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsində (həmin maddə «Xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə» məsuliyyət müəyyən edir) nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd olunur. Qeyd olunur ki, eyni sənədlər daha əvvəl də Suraxanı Rayon Məhkəməsinə daxil olmuş, 3(010)-1420/2020 nömrəli iş açılmış, müvafiq protokolun və sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə cavab vermədiyi müəyyən edilərək onlar Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsigöstərilən eyni inzibati xəta haqqında protokolu yenidən məhkəməyə təqdim edib. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Məhkəmə yuxarıda göstərilən məsələləri araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 63.1-ci maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir». MN seriyalı ******* nömrəliinzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda göstərilən müddəalarının tələbləri pozulub. Belə ki, işin faktiki hallarından görünür ki, X3 xx xxxxxx 2003-cü il təvəllüdlü olduğundan qanuni nümayəndə ilə təmsil edilməli idi. Qeyd olunduğu kimi, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən qanunvericiliyin yuxarıda istinad olunan tələbi pozulmaqla, nəticədə X2 prosessual hüquqları da pozulmuşdur. Müvafiq prosessual hüquqlar inzibati xəta haqqında protokolun tərtib edildiyi xx xxxxxxx 2020-ci il tarixində təmin edilməli, o cümlədən qanuni nümayəndənin həmin protokolun tərtibində iştirakı təmin olunmalı idi. Yəni sonradan (material qaytarıldıqdan sonra) qanuni nümayəndənin cəlb edilməsi müvafiq pozuntunun aradan qaldırılması anlamına gəlmir. Göstərilənlərlə yanaşı, inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinin tələbinə zidd olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi qeyd olunmayıb. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, həmçinin məhkəməyə təqdim olunmuş sənədlər natamamdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindənxx xxxxxxx 2020-ci ildə daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar