Məhkəmə qərarları › İş №3(010)-17/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-17/2021

22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-17/2021 22.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : xx.xx.2020-ci il tarixdə ixracatçı Türkiyə Respublikasının “BP Petrolleri A.S” şirkəti tərəfindən idxalçı hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) ünvanına göndərilən mühərrik yaqlarından ibarət mallar xx.xx.2020-ci il tarixli **********1750 saylı gömrük bəyannaməsi üzrə Bas İdarədə rəsmiləşdirilmişdir. Lakin həmin gömrük bəyannaməsinin 40-cı qrafasında idxal edilmiş mallara dair, mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsinin nömrəsi əks olunmamışdır. Bu səbəbdən sözügedən qısa idxal bəyannaməsinin təqdim edilməməsi faktı müəyyən olunmuşdur, İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi və Şəxs MMC-nin nümayəndəsi gəlməmişlər və gəlməməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin və Şəxs MMC-nin nümayəndəsi iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə Şəxs MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Bu fakt Şəxs MMC-nin nümayəndəsi X1 xx xxxxxx 2020-ci il tarixli 13000-1075/20 nömrəli inzibati xəta haqqında protokoldakı izahatı ilə təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli 13000-1075/20 nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Şəxs MMC tərəfindən **********1750 saylı gömrük bəyannaməsi üzrə gətirilən mallara dair qısa idxal bəyannaməsi xx.xx.2020-ci il tarixdə saat 1415-də təqdim olunmuşdur. Belə ki, mallar Azərbaycan Respublikasının gömrük sərhədini xx.xx.2020-ci il tarixdə saat 21:19-da keçmişdir. Lakin, həmin an qısa idxal bəyannaməsi ilə bağlı edilən ödənişdə gecikmə baş vermişdir və belə hesab edilir ki, onlayn ödəniş sistemində nasazlıq yaranmışdır. Bir neçə dəfə cəhd edilməsinə baxmayaraq natamam bəyannamə üzrə ödəniş saat 2124-də həyata keçirilmişdir. Cabarov Salman sözügedən qısa idxal bəyannaməsinin təqdim edilməməsini bu cür əlaqələndirmiş və bu halın üzrlü səbəb olaraq nəzərə alınmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1.500 (min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar