Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1705/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, heç bir yerdə işləməyən, balıq ovu ilə məşğul olan, Siyəzən rayonu, Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsi, ev 48, mənzil 18-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 08 aprel 2025-ci il tarixli məktubu ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib edilmiş 15 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün 08 aprel 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmiş və 11 aprel 2025-ci il tarixdə məkəməyə daxil olmuşdur. 15 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:30-da Hövsan SNB-nin 41-ci YK-sı ərazisində dənizə doğru 17.0 mil məsafədə su sərhəd rejimini pozaraq qanunsuz balıq ovu ilə məşğul olmaqla inzibati xəta törətmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 15 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 571-ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü tam təqsirli bilərək göstərmişdir ki, heç bir yerdə işləmir, yalnız balıq ovu fəaliyyəti ilə məşğuldur. xx.xx.2025-ci il tarixdə saat 12:15-də X5 ilə birlikdə Sahildən 17 mil aralanaraq balıq ovu ilə məşğul olarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Onlara izah etmişlər ki, sahildən 17 mil məsafədə aralanaraq su sərhəd rejim qaydalarını pozmuşlar. Qayığa sahildən 4.0 mil məsafədə balıq ovu ilə məşğul olmağa icazəsi olduğunu lakin, sahildən 17.0 mil məsafədə aralanaraq balıq ovu ilə məşğul olduqlarını bildirmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə bu cür əməl törətməsini, balıq tutaraq ailəsini dolandırmasını bildirərək məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati material üzrə toplanmış sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025ci il tarixdə saat 12:30 radələrində taxta tipli, üzərinə 1 (bir) ədəd “Yamaha-40” markalı asma mühərriki quraşdırılmış “HÖ-1749” bort nömrəli qayıqla Siyəzən rayonu, T.İsmayılov küçəsində qeydiyyatda olan və yaşayan xx.xx.1983-cü il təvəllüdlü Şəxs və ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1958-ci il təvəllüdlü X1 17.0 mil məsafədə balıqçılıq fəaliyyəti ilə məşğul olmuşlar. 1 №-li baxış qrupunun heyəti tərəfindən sərhəd rejim qaydalarını yoxlamaq məqsədilə qayığa baxış keçirilmişdir. “Azərbaycan Respublikası Dövlət Sərhəddi haqqında” Qanunun 25-ci maddəsinin 7-ci bəndinə əsasən qayığa sahildən 2.0 mil məsafədə balıq ovu ilə məşğul olmağa icazə verilməsinə baxmayaraq sahildən 17.0 mil məsafədə balıq ovu ilə məşğul olması aşkar olunmuş və yuxarıda adları sadalanan şəxslər su sərhəd rejim pozucusu qismində saxlanılmışdır. Bu səbəbdən Şəxs və X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 oktyabr 1992-ci il tarixli, 560 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrinin saxlanılması qaydaları»-nın (2 nömrəli əlavə) pozulması ilə bağlı əməllərində İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta olduğundan, barələrində müvafiq tədbir görülməsi üçün toplanmış materiallar aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan X4 izahatından görünür ki, DSX, SM-si 203 nömrəli gəminin baş komendoru vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə saat 12:15 radələrində Makarov bankasının cənub şərq ərazisində, sahildən 17.0 mil məsafədə, HÖ-1749 bort nömrəli balıqçı qayığında 2 nəfər şəxsin balıq ovu ilə məşğul olmaları səbəbindən rejim pozucusu qismində saxlanılmışlar. Sonra həmin şəxslərin Siyəzən rayon sakini Şəxs və Bakı şəhəri, Əmircan qəsəbəsi sakini X5 olduqları məlum olmuşdur. Həmin şəxslərə sahildən 17.0 mil aralandığı üçün su sərhədboyu rejim qaydalarını pozmaları izah olunmuşdur. Bundan sonra həmin şəxslər rejim pozucusu qismində sənədləşdirilmişlər. İş materiallarında olan X2 izahatından görünür ki, DSX, SM-si 203 nömrəli gəminin radiotexniki vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə saat 12:15 radələrində Makarov bankasının cənub şərq ərazisində, sahildən 17.0 mil məsafədə, HÖ-1749 bort nömrəli balıqçı qayığında 2 nəfər şəxs balıq ovu ilə məşğul olmaları səbəbindən rejim pozucusu qismində saxlanılmışdırlar. Sonra həmin şəxslərin Siyəzən rayon sakini Şəxs və Bakı şəhəri, Əmircan qəsəbəsi sakini X5 olduqları məlum olmuşdur. Həmin şəxslərə sahildən 17.0 mil aralandığı üçün su sərhədboyu rejim qaydalarını pozmaları izah olunmuşdur. Bundan sonra həmin şəxslər rejim pozucusu qismində sənədləşdirilmişlər. İş materiallarında olan kiçik həcmli üzmə vasitəsinə yoxlamanın keçirilməsi haqqında № 203/14 saylı protokoldan görünür ki, Şəxs və X1 təyin olunmuş məsafəni pozduqlarına görə su sərhəd rejim pozucusu qismində saxlanılaraq sənədləşdirilmişlər. İş materiallarında olan kiçik həcmli qayığın tutulması haqqında № 203/14 saylı protokoldan görünür ki, Şəxs və X1 təyin olunmuş məsafəni pozduqlarına görə su sərhəd rejim pozucusu qismində saxlanılmışlar. İş materiallarında olan Şəxs izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:15-də X5 ilə birlikdə balıq ovu ilə məşğul olarkən Sahildən 17 mil aralanaraq su sərhəd rejim qaydalarını pozduqlarına görə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Həmin izahatında o pozuntunu qəbul etdiyini bildirmiş və bunu imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, özünün etirafedici izahatı, iş materiallarında olan digər izahatlar və başqa sübut növləri ilə kifayət qədər təsdiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi - inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 571-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, şəxsin əsas dolanacaq mənbəyi balıq ovu olduğu üçün inzibati xətanın predmeti olmuş 01 ədəd “HÖ 1749” bort nömrəli, “Taxta” tipli, “Yamaha-40” mühərrikli taxta qayıq müsadirə edilməməli və qanuni sahibinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 31, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxxxx 1983-cü ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, heç bir yerdə işləməyən, balıq ovu ilə məşğul olan, Siyəzən rayonu, Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsi, ev 48, mənzil 18-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs istifadəsində olmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet 01 ədəd “HÖ 1749” bort nömrəli, “Taxta” tipli, “Yamaha- 40” mühərrikli taxta qayıq müsadirə edilməsin və qanuni sahibinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-1705/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1705/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver