Məhkəmə qərarları › İş №3(010)-1707/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1707/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1707/2022 31.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə X1 29 aprel 2022-ci il tarixli EQ seriyalı ******* nömrəli qərarla şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: 29 aprel 2022-ci il tarixli EQ seriyalı ******* nömrəli qərarla X2 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə edilmişdir. Qərardan görünür ki, X2 «Toyota Prius (Hibrid)» minik markalı 77BU260 dövlət qeydiyyat nişanlı avtomobili «Zığ yolu, 13 km, Aeroport» istiqamətində 29 aprel 2022-ci ildə saat 15:20:27-də idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini (110 km/saat) 21 – 40 km/saat həddində aşmış, yəni avtomobili 142 km/saat sürətlə idarə etmişdir. Həmin fakt yolda quraşdırılmış xüsusi texniki vasitənin köməyi ilə aşkar olunub. X2 bu qərardan şikayət verib. X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, 29aprel 2022-ci il tarixdə sürət həddinin aşılmasına görə barəsində EQ seriyalı ******* nömrəli elektron qərar tərtib edilmişdir. Həmin qərarla barəsində İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 manat məbləğində cərimə və 2 cərimə balı tətbiq edilib. Lakin qəbul edilən qərarı tamamilə qanunsuz və əsassız sayır. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin Vİİ hissəsinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50- 200 metr qabaqda quraşdırılır. Lakin həmin yolda hər hansı şəkildə nişan quraşdırılmamışdır. Qeyd edilən qanunvericiliyin tələblərinə əsasən nişanın quraşdırılması məcburi tələb kimi qanunvericilikdə öz əskini tapmışdır. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Baş Dövlət Yol Polisi İdarəsi nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin idarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin edilə bilməz. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin Vİİ hissəsi aşağıdakı məzmundadır: «Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır». Göründüyü kimi «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda istinad olunan norması müvafiq yol nişanlarının quraşdırılması qaydalarını müəyyən edir. Bu nişanların quraşdırılması vəzifəsi aidiyyəti dövlət orqanı tərəfindən icra olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, şikayətçi yolda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda istinad olunan müddəasında göstərilən yol nişanlarının quraşdırılmadığını bildirdiyinə baxmayaraq, bu hal işin məhkəmə baxışı zamanı sübuta yetirilməyib. Lakin hər bir halda məhkəmə məsələnin həlli ilə bağlı «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun digər müddəalarına da nəzər yetirməyi zəruri sayır. Həmin Qanunun 37-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə və 50-ci maddəsinin İ hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü «yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir», «Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir». Beləliklə, mexaniki nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürmək vəzifəsinin daşıyıcısıdır. «Yol hərəkəti haqqında» Qanununun 50-ci maddəsinin Vİİ hissəsində göstərilən 6.14 nişanı (“İnformasiya stendi”) servis nişanı olmaqla («Yol hərəkəti haqqında» Qanunun 67-ci maddəsi) informasiya xarakterlidir (həmin “İnformasiya stendi” sürücüyə yolda radar quraşdırıldığına dair məlumat vermək məqsədilə də quraşdırıla bilər). «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİ hissəsinin və s. aidiyyəti müddəalarının məzmunundan görünür ki, Azərbaycan Respublikasının ərazisində mexaniki nəqliyyat vasitələri üçün müəyyən edilmiş maksimal sürət həddi saatda 110 kilometrdən çox deyil (hadisənin baş verdiyi avtomagistralda da maksimal sürət həddi kimi 110 km/saat müəyyən olunub). İnzibati xətanın baş verdiyi şəraiti, o cümlədən Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş maksimal sürət həddinin saatda 110 kilometrdən çox olmadığını və bunun bilavasitə Qanunla tənzimləndiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud şəraitdə sürücünün istənilən bir halda avtomobili saatda 110 kilometrdən artıq sürətlə idarə etmək ixtiyarı olmayıb. Ona görə də aidiyyəti dövlət orqanının «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin Vİİ hissəsindən irəli gələn vəzifələri icra edibetməməsindən asılı olmayaraq şikayətçi avtomobilini saatda 110 kilometrdən artıq sürətlə idarə edə bilməzdi. Yəni mövcud şəraitdə yolda 6.14 nişanı (“İnformasiya stendi” (mövcud şəraitdə sadəcə olaraq irəlidə radar quraşdırıldığına dair informasiya verə bilər)) və/və ya 3.24 nişanı (yuxarıda qeyd olunduğu kimi istənilən bir halda sürücü avtomobilini saatda 110 kilometrdən artıq sürətlə idarə edə bilməz) quraşdırılmamışdısa da belə, bu sürücüyə avtomobili saatda 110 kilometrdən artıq sürətlə idarə etməyə əsas verə bilməzdi. İşin mübahisələndirilməyən hallarından isə görünür ki, X2 «Toyota Prius (Hibrid)» minik markalı 77BU260 dövlət qeydiyyat nişanlı avtomobili 29 aprel 2022-ci ildə saat 15:20:27-də «Zığ yolu, 13 km, Aeroport» istiqamətində saatda 142 kilometr sürətlə idarə edib. Qeyd olunmalıdır ki, bu hal iş materiallarına əlavə edilmiş sübutlarla təsdiq olunmaqla yanaşı, şikayətçinin özü tərəfindən də mübahisələndirilmir. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, 29 aprel 2022-ci il tarixli EQ seriyalı ******* nömrəli qərar qanuni və əsaslıdır, onun ləğvi üçün isə heç bir əsas yoxdur. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 29 aprel 2022-ci il tarixli EQ seriyalı ******* nömrəli qərarla bağlı şikayəti təmin edilməsin. 29 aprel 2022-ci il tarixli EQ seriyalı ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar