Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1709/2021 10.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 və icra sənədi üzrə tələbkar X1 iştirakı ilə, Şəxs, xx xxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, 1 saylı X2 xadimə işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, 95 nömrəli evin 70 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(010)- 1858/2021 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs cəmi 13.530 manat məbləğində pul vəsaiti tutularaq X4 ödənilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(010)-1858/2021 nömrəli qətnaməsinə əsasən ondan cəmi 13.530 manat məbləğində pul vəsaiti tutularaq X4 ödənilməlidir. Belə ki, avtoyuma məntəqəsində işləyən qaynının oğlu, Elçinin avtomobilini yuduqdan sonra sürərək qəza törətmiş və avtomobili yararsız hala salmışdır. Buna görə də o, qaynın oğlu tərəfindən yetirilmiş ziyanın ödəniləcəyinə zamin durmuşdur. O, icra sənədinin icrasından qərəzli olaraq yayınmır, sadəcə olaraq maddi imkanı ilə əlaqədar həmin məbləği birdəfəlik ödəyə bilmir. Tələbkar razı olacağı təqdirdə icra sənədini hər ay 100 manat ödəməklə icra etmək iqtidarındadır. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Buna görə də məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Hal-hazıradək borclu icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Beləliklə borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməməklə bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X5 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(010)-1858/2021 nömrəli qətnaməsinə əsasən Şəxs cəmi 13.530 manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməlidir. Belə ki, borclunun avtoyuma məntəqəsində işləyən qohumu, onun avtomobilini yuduqdan sonra sürərək qəza törətmiş və nəticədə avtomobili yararsız hala salmışdır. Məcbur olub avtomobilini 18.000 manat ziyanına satmışdır. Hadisəni törətmiş şəxsin qohumları isə ona vurulmuş ziyanı ödəyəcəklərinə vəd verərək, cinayət işinə məhkəmədə baxıldığı zaman ondan şikayətçi olmamasını xahiş etmişlər. Buna görə də Şəxs ona vurulmuş ziyanın ödəniləcəyinə zamin durmuşdur. Ziyan ödənilmədiyindən o, mülki qaydada məhkəməyə müraciət etmiş və məhkəmə yuxarıda qeyd etdiyi qətnaməni qəbul etmişdir. Sonradan borc məbləğinin hər ay 500-600 manat olmaqla ödənilməsinə belə razılıq vermişdir. Lakin icra sənədinin verilməsindən təxminən 04 ay keçməsinə baxmayaraq, borclu heç bir ödəniş etməmişdir. Buna görə də borcluya zəng edib ödəniş etməməsinin səbəbini soruşmuş, sonuncu isə onunla aqressiv formada danışmışdır. Bundan sonra o, ərizə ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət edərək, icra sənədinin icrasını həyata keçirən icra məmurundan müvafiq tədbirlər görməsini xahiş etmişdir. Hazırda isə borclu icra sənədini hər ay 100 manat ödəməklə icra etməyi təklif edir, lakin o, bu təklifi qəbul etmir və borc məbləğinin birdəfəlik ödənilməsini tələb edir. Sonda icra sənədi üzrə tələbkar X5, borclu Şəxs şikayətçi olduğunu bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(010)-1858/2021 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, Şəxs cəmi 13.530 manat məbləğində pul vəsaiti tutularaq X4 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 17 may 2021-ci il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(010)-1858/2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, həmin bildiriş borclu Şəxs 27 may 2021-ci il tarixdə şəxsən təqdim edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törədilmiş inzibati xətadan səmimi peşmançılığını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1709/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1709/2021
10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver