Məhkəmə qərarları › İş №3(010)-1712/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1712/2020

11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1712/2020 11.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində X8 iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakları ilə, Sabunçu RPİ DYPŞ-nin X8 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabunçu RPİ DYPŞ-nin vəzifəli şəxsi tərəfindən xx.xx.2020-ci ildə qəbul olunmuş TP seriyalı ******* nömrəli qərarla X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat miqdarında cərimə edilmişdir. X5 şikayətlə məhkəməyə müraciət edərək, Sabunçu RPİ DYPŞ-nin xx.xx.2020-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayəti ərizəsini müdafiə edərək, izahat verərək bildirmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə idarə etdiyi “İveco Urbanway” markalı **- CX-*** dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ilə Sabunçu rayon İcra Hakimiyyəti istiqamətində hərəkət edərkən, qəflətən avtobusun sol arxa tərəfinə zərbə dəydiyini, güzgüdən baxdıqda, hansısa avtomobilin idarə etdiyi avtobusa toqquşduğunu, sükandan düşüb avtobusun arxasına yaxınlaşdıqda isə idarə etdiyi avtobusun Vaz 2107 markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulduğunu görüb. Məlum olmuşdur ki, həmin avtomobilin sürücüsü ötmə əməliyyatı etmək istəyib, lakin avtomobillərin hərəkət intensivliyini, hərəkət sürətini, ötmə və ya yandan keçmək üçün kifayət qədər yol olmadığını nəzərə almamışdır. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, həmin küçədə hərəkət birtərəflidir, Vaz 2107 markalı avtomobil onun idarə etdiyi avtobusun arxa sol tərəfi ilə toqquşmuşdur. Hadisə yerinə gələn yol patrul xidməti əməkdaşı sənədlərini almış, bir neçə dəqiqədən sonra geri qaytarmışdır. Vurulmuş ziyanın ödənilməsi ilə bağlı hadisəni törətmiş nəqliyyat vasitəsinin sürücüsü ilə razılıq əldə etmək mümkün olmamışdır. xx.xx.2020-ci il tarixdə onun həmin hadisə nəticəsində cərimə olunması barədə sms vasitəsilə məlumat verilmişdir. xx.xx.2020-ci il tarixdə Polis İdarəsinə yaxınlaşıb, məsuliyyətə cəlb edilməyi ilə bağlı qərarın və protokolun surətini tələb etmiş, lakin bu sənədlərin ona verməkdən imtina etmişlər. O, 102 xidmətinə şikayət edəcəyini bildirdikdə, polis əməkdaşları tələm-tələsik əl-ayağa düşdülər, qərar və protokolu ona təqdim etdilər. Həmin anda ona məlum oldu ki, guya hadisənin baş verməsində təqsirkar odur, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir və İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə olunmuşdur. Barəsində qəbul edilmiş qərara etiraz edir, həmin qərarla qətiyyən razı deyil. Hesab edir ki, heç bir inzibati xəta törətmədiyindən əsassız olaraq barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı qərar ləğv edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, həmin protokol boş kağız parçasıdır. Protokol qanunvericiliyin tələbinə riayət etmədən tərtib edilmiş, protokolun tərtib edilməsində iştirakı təmin edilməmişdir. Səlahiyyətli orqan tərəfindən İXM-nin tələbləri kobud şəkildə pozulmuş, protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, protokol natamam şəkildə tərtib edilmiş, protokolun ciddi hüquqi sənəd olduğuna əhəmiyyət verilməmiş, heç bir təqsiri olmadığı halda inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi hadisə xx.xx.2020-ci il tarixdə baş versə də, X8 protokol xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. Qərarın surətini isə xx.xx.2020-ci il tarixdə almışdır. Hadisə baş verən anda o, hər hansı manevr etməmiş, ümumiyyətlə həmin küçədə qarşı hərəkət zolağı yoxdur, o, düzünə hərəkət etdiyi vaxtda Vaz 2107 markalı avtomobil onun idarə etdiyi avtobusun arxa sol tərəfinə vurmuşdur. Barəsində tərtib edilmiş inzibati xətanın xəta haqqında qərar natamamdır. Qərarın giriş və müəyyən edildi hissəsində tərəfindən hansı inzibati xətanın, inzibati xətanın harada törədilməsi qeyd edilməmişdir. İnspektor adını və İXM-nin maddəsini yazmaqla kifayətlənmiş, qəbul etdiyi qərarı əsaslandırmamışdır. Həmçinin, onu da bildirir ki, ona təyin olunmuş 40 manat cərimənin 36 manatı ödənilmişdir. Odur ki, yuxarıda qeyd edilənlərin nəzərə alınaraq barəsində qəbul edilmiş X8 qərarın ləğv edilməsini xahiş edirəm. İnzibati protokol tərtib etmiş orqana rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Sabunçu RPİ DYPŞ-nin xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2020-ci il tarixdə saat 13:00-da “İveco Urbanway” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin, məhkəmə iclasında müəyyən olundu ki, qeyd olunan qərarla X3 təyin olunmuş 40 manat məbləğində cərimənin 36 manatı ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X8 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X8 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X8 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, qanunvericilik X8 protokolu sübut növü kimi qəbul edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İXP ******* saylı X8 Protokoldan isə görünür ki, X5 xx.xx.2020-ci il tarixdə saat 13:00-da “İveco Urbanway” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 80-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların X8 iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Ərizəçi tərəfindən məhkəməyə sübut olaraq təqdim olunmuş fotoşəkillər məhkəmə tərəfindən mötəbər və mümkün sübutlar kimi qəbul edilə bilməz. Belə ki, bu fotoşəkillərdən hadisənin baş vermə anının və şəraitinin müəyyən edilməsi, həmçinin, qeyd olunan fotoşəkillərin mənbəyi, onların hansı ərazidə və şəraitdə çəkilməsinin müəyyən edilməsi mümkün deyildir. İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qanunverici əldə etmənin hansı hallarda qanuna zidd olduğunu açıqlamasa da, məhkəmə hesab edir ki, başqa əsaslar kimi, mənbəyi məlum olmayan sübular da sübut hesab edilmir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan qərarla X3 təyin olunmuş 40 manat məbləğində cərimənin 36 manatı ödənilmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən barəsində qəbul edilmiş qərarla razılaşmadığı təqdirdə, bu qərarla ona təyin olunmuş cərimənin ödənilməsini izah edə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən X8 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sabunçu RPİ DYPŞ-nin xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Sabunçu RPİ DYPŞ-nin xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar