Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1712/2021 30.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Şəxs Mənzil–Tikinti Kooperativinin rəhbəri Nümayəndə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 2(010)- 3050/2017 saylı qətanaməsinə dair icra vərəqəsinə əsasən Şəxs Mənzil Tikinti Kooperativindən 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu iddian X2 xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs Mənzil–Tikinti Kooperativinin rəhbəri Nümayəndə dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs Mənzil–Tikinti Kooperativinin rəhbəri Nümayəndə icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. 10 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs Mənzil–Tikinti Kooperativin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 2(010)-3050/2017 saylı qətanaməsinə dair icra vərəqəsi üzrə yaranmış 70.000 (yetmiş min) ABŞ doliarı məbləğində borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs Mənzil–Tikinti Kooperativinin rəhbəri Nümayəndə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə inzibati protokola Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla vəzifəli şəxs Nümayəndə inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 10 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 2(010)-3050/2017 saylı qətanaməsinə dair icra vərəqəsinə əsasən Şəxs Mənzil Tikinti Kooperativindən 70.000 (yetmiş min) ABŞ doliarı məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu iddian X2 xeyrinə tutulmalıdır. İş materiallarında olan 10 noyabr 2017-ci il tarixliqərardan və “tələbin könüllü icrası” barədə bildiriş görünür ki,Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 2(010)-3050/2017 saylı qətanaməsinə dair icra vərəqəsi şöbənin icraatına 10.11.2017-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlanılaraq, bu barədə iş üzrə borclu Şəxs Mənzil–Tikinti Kooperativinə icraata başlamaq haqqında qərarın surəti tələbin könüllü icrası barədə bildirişlə birlikdə göndərilmiş, lakin bu günədək məhkəmə qərarının icrası borclu tərəfindən üzrsüz səbəbdən təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli qərardadından görünür ki, Borclu Şəxs MTK-ya məxsus “THİSA” markalı yeni alınmış liftlərin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3050/2017 nömrəli ış üzrə 29.09.2017-ci il tarixli icra sənədi üzrə "borclunun əmlakı üzərinə həbs qoyulması” barədə Bakı şəhəri Suraxanı rayon İcra və probasıya şöbəsinin icra məmuru Heydər Bəxtiyarovun təqdimatı təmin edilərək, Şəxs Mənzil Tikinti Kooperativinin Yusif Eyvazov 155 ünvanında yerləşən, blok 3-də, bloka girişdə sol tərofdə yerləşən 1-ci mərtəbə, qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuşdur. İş materiallarında olan 22 iyun 2021-ci il tarixli qərardan görünür ki, Şəxs Mənzil Tikinti Kooperativinin Yusif Eyvazov 155 ünvanında yerləşən blok 3-də, bloka girişdə sol tərofdə yerləşən 1-ci mərtəbə, qeyri-yaşayış sahəsi qiymətləndirilməsi üçün qiymətləndirici dəvət olunmuşdur. İş materiallarında olan 13 iyul 2021-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Şəxs Mənzil Tikinti Kooperativinin Yusif Eyvazov 155 ünvanında yerləşən blok 3-də yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 45.000 (qırx beş min) manat təşkil edir. İş materiallarından müəyyən olunur ki, İcra tədbirləri olaraq borclu Şəxs Mənzil Tikinti Kooperativinin "xxxx" ASC-də, "xxxx" ASC-də və "xxxx" KB ASC-də mövcud olan bank hesablarına inkasso sərəncamları qoyulması üçün inkasso sərəncamları icra olunması üçün "xxxx" ASC-yə, "xxxx" ASC-yə və "xxxx" KB ASC-yə göndərilmişdir. Lakin "xxxx" ASC-nin, "xxxx" ASC-nin və "xxxx" KB ASC-nin cavab məktublarından müəyyən olunmuşdur ki, Şəxs Mənzil Tikinti Kooperativinin bank hesabları bağlıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Nümayəndə şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Nümayəndə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, vəzifəli şəxs Nümayəndə cəza təyin edərkən, cəzasını yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Mənzil–Tikinti Kooperativinin rəhbəri Nümayəndə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1712/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1712/2021
30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver