Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1714/2025 15.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim: Əliyev Samir İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X9 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Tələbkar: X2 iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair 15 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4 protokolu onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 741/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən onun qanunu tələblərini icra etmir. Şəxs qərar və bildiriş rəsmi qaydada təqdim olunsada bu günə kimi aliment borcunu tam ödəməmiş, müxtəlif vaxtlarda izahatı alınaraq qərarın icrası barədə xəbərdarlıq olunsada qərarın icrasını tam icra etməmişdir. O, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-741/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə olan aliment borcundan 1000 manat ödəniş etmiş və bu günə olan borcu 1510 manat təşkil edir. Hazırda Şəxs borcu tam ödəyə bilmir,borcdan hissə-hissə ödəmək imkanı vardır. Buna görə də göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında izahat vermiş borclu Şəxs bildirdi ki, Xətai rayon Məhkəməsinin 2(011)-8598/18 saylı xx.xx.2018-ci il tarixli qərarı üzrə hazırda yaranmış aliment borcunu tam şəkildə ödəyə bilmir. Hər dəfə uşaqlarına bacardığı qədər maddi yardım edir, müəyyən məbləğdə ödəniş etmişdir, hazırda onun 1510 manat aliment borcu vardır, əvvəl iələmirdi, indi işi vardır, həmin borcu cox yaxın zamanda ödəyəcək. Buna görə də qeyd olunanların nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat vermiş tələbkar X6 bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında 2 uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Şəxs vaxtı vaxtında ödəniş etmir, ancaq onu icraçılar tərfindən çağırılanda ödəniş etmir, uşaqları ilə maraqlanmır. Hazırda onun 1510 manat borcu vardır. Uşaqları saxlamaqda çətinlik çəkir.Buna görədə qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli 2(044)-741/2019 nömrəli icra vərəqəsinə əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 22(044)-741/2019 saylı qətnaməsi əsasında cavabdeh Şəxs iddiaçı X2 xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs iddiaçı X2 xeyrinə hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan borclu Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, aliment borcundan indiyə kimi 13490 manat ödəmişdir, qalan 1510 manat aliment borcunu yaxın zamanda ödəyəcək. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 15 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, borclu Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-741/2019 saylı 12 mart 2019-cu il tarixli icra vərəqələrinə əsasən onun qanunu tələblərini icra etmir. Şəxs qərar və bildiriş rəsmi qaydada təqdim olunsada bu günə kimi borcunu tam ödəməmiş, müxtəlif vaxtlarda izahatı alınaraq qərarın icrası barədə xəbərdarlıq olunsada qərarın icrasını tam icra etməmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən, onun aliment borcundan müəyyən məbləğdə ödəniş etməsini məsuliyyətini yüngülləşdirən hal kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə onu da nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Samir Əliyev
Məhkəmə qərarları › İş №3(010)-1714/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1714/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver