Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1716/2021 27.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : “Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs - Şəxs ünvanına idxal olunmuş 284650,00 kq. çəkidə və 85395,00 ABŞ dolları dəyərində “ərzaqlıq buğda” yükü 07 12.2021-ci il tarixdə 95995825, 91105460, 91122648 və 95885950 nömrəli vaqonlarda Şimal Ərazi Bas Gömrük idarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasına gətirilmiş və həmin yük gömrük rəsmiləşdirilməsi məqsədilə Şimal Ərazi Baş gömrük idarəsinə təyinat almışdır. Qeyd olunan yükün rəsmiləşdirilməsi zamanı isə, hüquqi şəxs - “An import. Eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada verməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi və Şəxs MMC-nin nümayəndəsi gəlməmişlər və gəlməməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin və Şəxs MMC-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə Şəxs MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Bu fakt işdə olan digər sənədlərlə və Şəxs MMC-nin nümayəndəsi X1 09.12.2021-ci il tarixli 01400-1902/21 nömrəli inzibati xəta haqqında protokoldakı izahatı ilə təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş 09.12.2021-ci il tarixli 01400-1902/21 nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, o, “An import. Eksport" MMC-də direktor müavini vəzifəsində çalışır. Nümayəndəsi olduğu "xxxx" MMC 2018-ci ildə Azərbaycan Respublikasının vergi orqanlarında hüquqi şəxs qismində vergi ödəyicisı kimi qeydiyyata alınmışdır. MMC-nin əsas fəaliyyət istiqaməti yem məhsulları və yem əlavələrinin idxalından və satışından ibarətdir. Həmin yükləri idxal etdikləri şirkətlərdən biri də Rusiya Federasiyasında qeydiyyatda olan "Erşovski Elavator” MMC-dir. Belə ki, adı çəkilən şirkətə 23.11,2021-ci il tarixli, 20 saylı hesab-faktura sənədi (invoys) əsasında “An import Eksport" MMC-nin ünvanına idxal etmək üçün 284650,00 kq. çəkidə və 85395,00 ABŞ dolları dəyərində “ərzaqlıq buğda" yükünü sifariş vermişlər. Sifariş verilmiş yük 07.12.2021-ci il tarixdə 95995825, 91105460, 91122648, 95885950 nömrəli vaqonlarda “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasına gətirilmişdir. Lakin idxal etdikləri “ərzaqlıq buğda” yükünə görə "xxxx" MMC-nin adından qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada verməmişlər. Bunun səbəbi isə, yükü ixrac edən “Erşovski Elavator" MMC-nin yüklə bağlı sənədləri "xxxx" MMC-nin ünvanına elektron formada gec göndərməsi olmuşdur. 'Ərzaqlıq buğda” yükünü sifariş verdikləri "xxxx" MMC tərəfindən yüklə bağlı sənədlərin “An İmport. Eksport" MMC-nin ünvanına elektron formada gec göndərildiyi üçün, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada verilməməsi ilə bağlı öncədən "xxxx" MMC-nin adından Azərbaycan Respublikasının gömrük orqanlarına müraciət edərək məlumat verilmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1.500 (min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1716/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1716/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver